Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Moskvada II Xəzər iqtisadi forumuna hazırlıq gedir

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidRusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov  - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Moskvada II Xəzər iqtisadi forumuna hazırlıq üzrə Təşkilat komitəsinin iclasını keçirib.
BAKI, 15 sentyabr — Sputnik. Oktyabrda keçiriləcək forumda Xəzər regionunun 5 ölkəsinin iştirakı gözlənilir. Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya nümayəndələri Moskvada bir araya gələcək və əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.
"Beşlik" ölkələri üçün Xəzər iqtisadi forumunun keçirilməsi indi xüsusilə aktualdır - bu, yeni reallıqlarda ilk görüşdür. Bizim işgüzar əməkdaşlığı genişləndirmək üçün əlavə imkanlarımız var. Logistikanın inkişafında, enerji və turizm sahəsində əməkdaşlıqda ümumi maraqlar var. Ona görə də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaratmaq və iqtisadiyyatların daha tez adaptasiya olunmasına kömək etmək üçün işin düzgün təşkili vacibdir", - deyə Maksim Reşetnikov bildirib.
Görüş zamanı iştirakçılar işgüzar və mədəni proqramları, məkanın hazırlanmasını, o cümlədən "Rospotrebnadzor"un tələblərinin nəzərə alınmasını müzakirə ediblər.
Altıncı Xəzər sammitinin (Aşqabad, 29 iyun 2022-ci il) yekunlarının işığında forumda nəqliyyat və logistika, energetika, turizm, səhiyyə sahələrində aktual məsələlər müzakirə olunacaq, iqlim treki və istehsalatın modernləşdirilməsi ilə bağlı diskussiyalar təşkil olunacağı planlaşdırılır.
Tədbirin proqramı yaxın vaxtlarda II Xəzər iqtisadi forumunun saytında dərc olunacaq.
Xəbər lenti
0