Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Moskva Bakı və Yerevanın mövqelərini bir araya gətirməyə çalışır - Zaxarova

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Rusiya XİN-in sözçüsü bildirib ki, ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri, xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də isə Yerevanda olub.
BAKI, 15 sentyabr — Sputnik. Moskva sülh müqaviləsi ilə bağlı Bakı və Yerevanın mövqelərini bir araya gətirməyə çalışır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri, xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də isə İrəvanda olub.
"Hər iki paytaxtda keçirilən danışıqların əsas mövzusu məhz sülh müqaviləsinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırıq və müvafiq səylərin davam etdiriləcəyinə əminik", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 71 hərbi qulluqçusu şəhid olub.
Sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.
İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.
Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.
General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xəbər lenti
0