https://sputnik.az/20220915/ermenistanin-bizim-serhedlerimizle-bagli-beyanatlar-vermeye-haqqi-yoxdur---yasar-eliyev-446108999.html
Ermənistanın bizim sərhədlərimizlə bağlı bəyanatlar verməyə haqqı yoxdur - Yaşar Əliyev
Ermənistanın bizim sərhədlərimizlə bağlı bəyanatlar verməyə haqqı yoxdur - Yaşar Əliyev
Sputnik Azərbaycan
Ölkəmizin BMT-dəki nümayəndəsinin sözlərinə görə, Azərbaycan özünün suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması məqsədilə adekvat və... 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T21:01+0400
2022-09-15T21:01+0400
2022-09-15T21:01+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
azərbaycan
bmt
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426980616_0:0:1201:676_1920x0_80_0_0_1cdb6d447a1ac1f89ddcbe590920d1b1.jpg
BAKI, 15 sentyabr - Sputnik. Adekvat reaksiyanın və BMT Təhlükəsizlik Şurasının tələblərinin tətbiqinə hədəflənmiş tədbirlərin çatışmazlığı Ermənistanı Azərbaycana qarşı qanunsuz güc tətbiqinin nəticələrini möhkəmləndirməyə cəsarətləndirib.APA-nın xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin iclasında deyib.O vurğulayıb ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə bağlı bəyanatlar verməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur:“Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələri gecə vaxtının və çətin relyefin üstünlüklərindən istifadə edərək Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan ordusunun hərbi bölmələri arasındakı yollara minalar basdırmağa çalışaraq genimiqyaslı təxribat törətdi. Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri minaatan və artilleriya da daxil olmaqla müxtəlif silahlardan intensiv atəşə məruz qaldı. Nəticədə həmin gecə Azərbaycan Milli Ordusunun 42 hərbçisi və 8 sərhədçi həlak oldu, hərbi infrastruktura nəzərəçarpan ziyan vuruldu. Azərbaycan özünün suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması, hərbi personalının və dövlət sərhədinə yaxın ərazidə davam edən yenidənqurmada və bərpa işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə adekvat və ölçülü tədbir gördü. Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər legitim hərbi obyektlərə həfdəfli və məhdud olub. Ermənistan nümayəndəsindən eşitdiyimiz ittihamların əksinə olaraq bu ölkənin səhiyyə nazirliyi mülki şəxslər arasında yaralanan olmadığını bəyan edib”.Yaşar Əliyev vurğulayıb ki, Ermənistan sosial mediasında mülki infrastruktura zərbələr endirilməsini əks etdirən fotolar paylaşılır. Əslində isə bu fotolar 2020-ci il müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki obyektlərinə endirdiyi zərbələr nəticəsində yaranmış dağıntıların görüntüləridir.Diplomat əlavə edib ki, xüsusilə də 2020-ci il 28 oktyabrda Bərdə şəhərinin mərkəzinə endirilən raket zərbəsi zamanı 21 mülki şəxs öldürülüb, 70-dən çoxu yaralanıb.Y.Əliyev onu da deyib ki, eskalasiyanın nəticəsi olaraq bəzi erməni hərbçilər Azərbaycanın nəzarətinə düşüb.“Onlara beynəlxalq humanitar hüququn norma və prisiplərinə uyğun davranılıb, yaralılara zəruri tibbi yardım göstərilib. Hər iki tərəf onların tezliklə repatriasiyasının asanlaşdırılması məqsədi ilə kontaktdadır”, - deyə Yaşar Əliyev qeyd edib.Diplomat həmçinin bildirib ki, üçtərəfli bəyanatın bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan müddəalarına, həmçinin digər beynəlxaq öhdəliklərinin ziddinə olaraq Ermənistan Azərbaycan ərazisində minaların basdırılmasına geniş miqyasda davam edib.“2022-ci il avqustun 15-dən bəri 1300-dən çox piyada əleyhinə mina təkcə Laçın rayonunda tapılıb. Müəyyən olunub ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanantın imzalanmasından sonra Azərbaycan ərazisində basdırılıb”.Yaşar Əliyev vurğulayıb ki, Azərbaycan ərazisində yüz minlərlə mina basdıran Ermənistan bu barədə dəqiq və tutarlı məlumat paylaşmır. Bunun nəticəsində isə 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində öldürülüb və ya yaralanıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426980616_0:0:1065:799_1920x0_80_0_0_ce9a6f26d27636e8fab125a72308c035.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, bmt
Ermənistanın bizim sərhədlərimizlə bağlı bəyanatlar verməyə haqqı yoxdur - Yaşar Əliyev
Ölkəmizin BMT-dəki nümayəndəsinin sözlərinə görə, Azərbaycan özünün suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması məqsədilə adekvat və ölçülü tədbir görüb.
BAKI, 15 sentyabr - Sputnik. Adekvat reaksiyanın və BMT Təhlükəsizlik Şurasının tələblərinin tətbiqinə hədəflənmiş tədbirlərin çatışmazlığı Ermənistanı Azərbaycana qarşı qanunsuz güc tətbiqinin nəticələrini möhkəmləndirməyə cəsarətləndirib.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin iclasında deyib.
O vurğulayıb ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə bağlı bəyanatlar verməyə nə mənəvi, nə də siyasi haqqı yoxdur:
“Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələri gecə vaxtının və çətin relyefin üstünlüklərindən istifadə edərək Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan ordusunun hərbi bölmələri arasındakı yollara minalar basdırmağa çalışaraq genimiqyaslı təxribat törətdi. Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri minaatan və artilleriya da daxil olmaqla müxtəlif silahlardan intensiv atəşə məruz qaldı. Nəticədə həmin gecə Azərbaycan Milli Ordusunun 42 hərbçisi və 8 sərhədçi həlak oldu, hərbi infrastruktura nəzərəçarpan ziyan vuruldu. Azərbaycan özünün suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması, hərbi personalının və dövlət sərhədinə yaxın ərazidə davam edən yenidənqurmada və bərpa işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə adekvat və ölçülü tədbir gördü. Ermənistanın təxribatlarına cavab olaraq görülmüş tədbirlər legitim hərbi obyektlərə həfdəfli və məhdud olub. Ermənistan nümayəndəsindən eşitdiyimiz ittihamların əksinə olaraq bu ölkənin səhiyyə nazirliyi mülki şəxslər arasında yaralanan olmadığını bəyan edib”.
Yaşar Əliyev vurğulayıb ki, Ermənistan sosial mediasında mülki infrastruktura zərbələr endirilməsini əks etdirən fotolar paylaşılır. Əslində isə bu fotolar 2020-ci il müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki obyektlərinə endirdiyi zərbələr nəticəsində yaranmış dağıntıların görüntüləridir.
Diplomat əlavə edib ki, xüsusilə də 2020-ci il 28 oktyabrda Bərdə şəhərinin mərkəzinə endirilən raket zərbəsi zamanı 21 mülki şəxs öldürülüb, 70-dən çoxu yaralanıb.
Y.Əliyev onu da deyib ki, eskalasiyanın nəticəsi olaraq bəzi erməni hərbçilər Azərbaycanın nəzarətinə düşüb.
“Onlara beynəlxalq humanitar hüququn norma və prisiplərinə uyğun davranılıb, yaralılara zəruri tibbi yardım göstərilib. Hər iki tərəf onların tezliklə repatriasiyasının asanlaşdırılması məqsədi ilə kontaktdadır”, - deyə Yaşar Əliyev qeyd edib.
Diplomat həmçinin bildirib ki, üçtərəfli bəyanatın bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan müddəalarına, həmçinin digər beynəlxaq öhdəliklərinin ziddinə olaraq Ermənistan Azərbaycan ərazisində minaların basdırılmasına geniş miqyasda davam edib.
“2022-ci il avqustun 15-dən bəri 1300-dən çox piyada əleyhinə mina təkcə Laçın rayonunda tapılıb. Müəyyən olunub ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanantın imzalanmasından sonra Azərbaycan ərazisində basdırılıb”.
Yaşar Əliyev vurğulayıb ki, Azərbaycan ərazisində yüz minlərlə mina basdıran Ermənistan bu barədə dəqiq və tutarlı məlumat paylaşmır. Bunun nəticəsində isə 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində öldürülüb və ya yaralanıb.