https://sputnik.az/20220915/eliyev-ve-mirziyoyev-tez-bir-zamanda-yeni-qurum-yaratmaq-niyyetlerini-aciqlayiblar-446086224.html
Əliyev və Mirziyoyev tez bir zamanda yeni qurum yaratmaq niyyətlərini açıqlayıblar
Əliyev və Mirziyoyev tez bir zamanda yeni qurum yaratmaq niyyətlərini açıqlayıblar
Sputnik Azərbaycan
İki ölkə prezidentinin danışıqları zamanı mümkün qədər tez vaxtda birgə investisiya fondunun yaradılmasının vacibliyi vurğulanıb. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T14:57+0400
2022-09-15T14:57+0400
2022-09-15T15:35+0400
siyasət
prezident ilham əliyev
şavkat mirziyoyev
özbəkistan
azərbaycan özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443160245_0:130:1836:1163_1920x0_80_0_0_f1bc3316c70b106f63c7d35c39d515ff.jpg
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən danışıqlar zamanı mümkün qədər tez vaxtda birgə investisiya fondunun yaradılmasının vacibliyini vurğulayıblar. Bu barədə Özbəkistan liderinin mətbuat katibi Şerzod Əsədov məlumat verib."Birgə investisiya fondunun yaradılmasının sürətləndirilməsinin, eləcə də neft-qaz sənayesi, avtomobil sənayesi, kimya sənayesi, kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib", - o, öz "Telegram" kanalında yazıb.Dövlət başçıları sazişlərin ən yüksək səviyyədə icra vəziyyətini də nəzərdən keçiriblər.İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən ŞƏT sammitində fəxri qonaq qismində iştirak etmək üçün çərşənbə günü Özbəkistana gəlib.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443160245_57:0:1780:1292_1920x0_80_0_0_9b2024bf1f353f1f71d4d584df6014c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, şavkat mirziyoyev, özbəkistan, azərbaycan özbəkistan
prezident ilham əliyev, şavkat mirziyoyev, özbəkistan, azərbaycan özbəkistan
Əliyev və Mirziyoyev tez bir zamanda yeni qurum yaratmaq niyyətlərini açıqlayıblar
14:57 15.09.2022 (Yenilənib: 15:35 15.09.2022) İki ölkə prezidentinin danışıqları zamanı mümkün qədər tez vaxtda birgə investisiya fondunun yaradılmasının vacibliyi vurğulanıb.
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən danışıqlar zamanı mümkün qədər tez vaxtda birgə investisiya fondunun yaradılmasının vacibliyini vurğulayıblar. Bu barədə Özbəkistan liderinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.
"Birgə investisiya fondunun yaradılmasının sürətləndirilməsinin, eləcə də neft-qaz sənayesi, avtomobil sənayesi, kimya sənayesi, kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib", - o, öz "Telegram" kanalında yazıb.
Dövlət başçıları sazişlərin ən yüksək səviyyədə icra vəziyyətini də nəzərdən keçiriblər.
İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən ŞƏT sammitində fəxri qonaq qismində iştirak etmək üçün çərşənbə günü Özbəkistana gəlib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.