CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baldızı ilə kəbin kəsdirdiyi iddia edilən məktəb direktorundan açıqlama

© AFP 2023 / MIGUEL MEDINANişan üzükləri
Nişan üzükləri - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri bildirib ki, atası da boşanmış qızını kürəkəninə ərə verməyə razı olub.
BAKI, 15 sentyabr — Sputnik. Yardımlıda şok hadisə baş verib. Sputnik Azərbaycan bildirir ki, bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib:
"Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib. Demək, qadın 3 il evli olub, sonra ayrılıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib".
Məlumatda o da bildirilir ki, atanın qızını evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəzifəsində çalışır:
"Ata qızına bildirib ki, bacın (məktəb direktoru ilə) evlidir, ona yaxşı baxır, sənə də yaxşı baxacaq, imkanı yaxşıdır, sən də onunla evlənməlisən. Məktəb direktoru qıza məcburi kəbin kəsdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq "Səninlə kəbin üçün 40 manat vermişəm mən", deyərək evinə aparmaq istəyib. Bundan əlavə, Yardımlı rayon polis şöbəsinin əməkdaşı ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orda tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası, qardaşı qadının evə qayıtması üçün təzyiqlər edirlər".
Sputnik Azərbaycan Yardımlı rayon Alvana kənd məktəbinin direktoru Kamran İsayevlə əlaqə saxlayıb. K.İsayev bunun böhtan olduğunu bildirib.
"Bunu deyənləri məhkəməyə verəcəyəm", - deyərək direktor dəstəyi asıb.
M.Zeynalova isə məsələ ilə bağlı bildirib ki, K.İsayevin sığınacağa gələrək qadını aparmaq istəməsi ilə bağlı videogörüntülər var.
Xəbər lenti
0