https://sputnik.az/20220915/azerbaycan-prezidenti-semerqende-gelib-446072405.html
Azərbaycan Prezidenti Səmərqəndə gedib: Onun dövlət başçıları ilə görüşü gözlənilir
Azərbaycan Prezidenti Səmərqəndə gedib: Onun dövlət başçıları ilə görüşü gözlənilir
Sputnik Azərbaycan
Azərbaycan dövlətinin başçısı sammit çərçivəsində bir sıra görüşlər keçirəcək. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T11:49+0400
2022-09-15T11:49+0400
2022-09-15T11:54+0400
siyasət
prezident ilham əliyev
özbəkistan
şət
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532696_0:112:1899:1180_1920x0_80_0_0_322b48429ad9b710502516398ff9aaca.jpg
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Özbəkistana səfərə gəlib.Azərbaycan dövlətinin başçısı sammit çərçivəsində bir sıra görüşlər keçirəcək, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb. Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək. Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Canq Minq tərəfindən imzalanıb.Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532696_88:0:1811:1292_1920x0_80_0_0_30e8ba0f397821e17cfd5ceab83944cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, özbəkistan, şət
prezident ilham əliyev, özbəkistan, şət
Azərbaycan Prezidenti Səmərqəndə gedib: Onun dövlət başçıları ilə görüşü gözlənilir
11:49 15.09.2022 (Yenilənib: 11:54 15.09.2022) Azərbaycan dövlətinin başçısı sammit çərçivəsində bir sıra görüşlər keçirəcək.
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Özbəkistana səfərə gəlib.
Azərbaycan dövlətinin başçısı sammit çərçivəsində bir sıra görüşlər keçirəcək, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb. Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.
Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.
O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək. Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Canq Minq tərəfindən imzalanıb.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə "regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.