https://sputnik.az/20220915/a-ermenistan-azerbaycan-serhedinde-ateskese-emel-olunmasindan-memnundur-446090683.html
Aİ Ermənistan-Azərbaycan sərhədində atəşkəsə əməl olunmasından məmnundur
Aİ Ermənistan-Azərbaycan sərhədində atəşkəsə əməl olunmasından məmnundur
Sputnik Azərbaycan
Qurum tərəfləri əsgər cəsədlərinin təhvil verilməsi kimi humanitar tədbirləri əlaqələndirməyə çağırıb. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T16:18+0400
2022-09-15T16:18+0400
2022-09-15T16:18+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ai
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333682_0:0:2903:1632_1920x0_80_0_0_588a4207a27cb9ccdbc7aa566198adc1.jpg
BAKI, 15 sentyabr - Sputnik. Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında qüvvəyə minmiş atəşkəs sazişini alqışlayır. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi açıqlamasında deyilir.“Atəşkəs rejiminə hələ də əməl olunması barədə ərazilərdən gələn xəbərlər bizi ruhlandırır. Biz tərəfləri onun icrasını davam etdirməyə və əsgər cəsədlərinin təhvil verilməsi kimi humanitar tədbirləri əlaqələndirməyə çağırırıq”, - deyə cümə axşamı Brüsseldə dərc edilən kommünikedə bildirilir.Daha sonra sənəddə qurumun münasibətlərin normallaşdırılması üçün işləri davam etdirdiyi qeyd olunur:“Aİ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində, o cümlədən Avropa Şurasının prezidenti Çarlz Mişelin vasitəçiliyi ilə ən yüksək səviyyədə fəal iştirak etməyə davam edir”.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333682_0:0:2731:2048_1920x0_80_0_0_04368de227791a10015b703e114f39d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, ermənistan, azərbaycan
ai, ermənistan, azərbaycan
Aİ Ermənistan-Azərbaycan sərhədində atəşkəsə əməl olunmasından məmnundur
Qurum tərəfləri əsgər cəsədlərinin təhvil verilməsi kimi humanitar tədbirləri əlaqələndirməyə çağırıb.
BAKI, 15 sentyabr - Sputnik. Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında qüvvəyə minmiş atəşkəs sazişini alqışlayır. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi açıqlamasında deyilir.
“Atəşkəs rejiminə hələ də əməl olunması barədə ərazilərdən gələn xəbərlər bizi ruhlandırır. Biz tərəfləri onun icrasını davam etdirməyə və əsgər cəsədlərinin təhvil verilməsi kimi humanitar tədbirləri əlaqələndirməyə çağırırıq”, - deyə cümə axşamı Brüsseldə dərc edilən kommünikedə bildirilir.
Daha sonra sənəddə qurumun münasibətlərin normallaşdırılması üçün işləri davam etdirdiyi qeyd olunur:
“Aİ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində, o cümlədən Avropa Şurasının prezidenti Çarlz Mişelin vasitəçiliyi ilə ən yüksək səviyyədə fəal iştirak etməyə davam edir”.