Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

TƏLƏSİN! Bu gün I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır

© Sputnik / Nigar IskanderovaBirinci sinif şagirdləri, arxiv şəkli
Birinci sinif şagirdləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Valideynlər övladlarının elektron sistemdə qeydiyyatını etməli və ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.
BAKI, 14 sentyabr — Sputnik. Bu gün saat 18:00-da mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi başa çatacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər göstərilən tarixədək övladlarının elektron sistemdə qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.
Qeyd edək ki, avqustun 5-də məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb.
Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılıb.
Xəbər lenti
0