https://sputnik.az/20220914/tacikistan-qirgizistan-serhedinde-gerginlik-bir-serhedci-helak-olub-446018220.html
Tacikistan-Qırğızıstan sərhədində gərginlik: bir sərhədçi həlak olub
Tacikistan-Qırğızıstan sərhədində gərginlik: bir sərhədçi həlak olub
Sputnik Azərbaycan
Tacikistan Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinin məlumatına görə, Qırğızıstan sərhədçiləri heç bir səbəb olmadan Tacikistan sərhəd zastavasını... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T11:49+0400
2022-09-14T11:49+0400
2022-09-14T11:49+0400
dünya xəbərləri
tacikistan
qırğızıstan
sərhəd
atəş
https://cdnn1.img.sputnik.az/img/40607/22/406072276_0:98:1000:661_1920x0_80_0_0_2badfc504b5385fc10d3815d8b6e78e6.jpg
BAKI, 14 sentyabr — Sputnik. Qırğızıstanla sərhəddə silahlı insident nəticəsində bir Tacikistan sərhədçisi həlak olub, bir neçəsi yaralanıb. Bu barədə TASS-a məlumatlı mənbə bildirib."Çərşənbə günü səhər Tacikistan-Qırğızıstan sərhədinin Suqd rayonunda baş vermiş silahlı qarşıdurma nəticəsində bir tacik sərhədçisi həlak olub, bir neçə yaralı yerli xəstəxanaya gətirilib", - agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, hazırda atışma dayanıb.Bundan əvvəl bildirilmişdi ki, çərşənbə günü saat 07:15 radələrində Tacikistan-Qırğızıstan sərhədinin Tacikistanın Kex sərhəd zastavasının yerləşdiyi hissədə atışma baş verib.Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinin məlumatına görə, Qırğızıstan sərhədçiləri heç bir səbəb olmadan Tacikistan sərhəd zastavasını minaatan, pulemyot və digər odlu silahlardan atəşə tutublar.Mətbuat mərkəzinin məlumatında Qırğızıstan tərəfdən əlavə qüvvə və hərbi texnikanın cəlb edilməsi də qeyd olunub. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Tacikistan sərhədçiləri cavab atəşi açıblar."Hazırda vəziyyətin sabitləşdirilməsi və qonşu ölkənin sərhəd strukturlarının təxribat xarakterli hərəkətlərinin səbəblərinin aydınlaşdırılması məqsədilə hər iki tərəfin sərhəd xidmətlərinin nümayəndələri arasında danışıqlar aparılır", - nazirlikdən bildirilib.Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40607/22/406072276_0:0:892:669_1920x0_80_0_0_a0c8c7d24cdd77daa8e1fa255a0c1b54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tacikistan, qırğızıstan, sərhəd, atəş
tacikistan, qırğızıstan, sərhəd, atəş
Tacikistan-Qırğızıstan sərhədində gərginlik: bir sərhədçi həlak olub
Tacikistan Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinin məlumatına görə, Qırğızıstan sərhədçiləri heç bir səbəb olmadan Tacikistan sərhəd zastavasını minaatan, pulemyot və digər odlu silahlardan atəşə tutublar.
BAKI, 14 sentyabr — Sputnik. Qırğızıstanla sərhəddə silahlı insident nəticəsində bir Tacikistan sərhədçisi həlak olub, bir neçəsi yaralanıb. Bu barədə TASS-a məlumatlı mənbə bildirib.
"Çərşənbə günü səhər Tacikistan-Qırğızıstan sərhədinin Suqd rayonunda baş vermiş silahlı qarşıdurma nəticəsində bir tacik sərhədçisi həlak olub, bir neçə yaralı yerli xəstəxanaya gətirilib", - agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, hazırda atışma dayanıb.
Bundan əvvəl bildirilmişdi ki, çərşənbə günü saat 07:15 radələrində Tacikistan-Qırğızıstan sərhədinin Tacikistanın Kex sərhəd zastavasının yerləşdiyi hissədə atışma baş verib.
Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinin məlumatına görə, Qırğızıstan sərhədçiləri heç bir səbəb olmadan Tacikistan sərhəd zastavasını minaatan, pulemyot və digər odlu silahlardan atəşə tutublar.
Mətbuat mərkəzinin məlumatında Qırğızıstan tərəfdən əlavə qüvvə və hərbi texnikanın cəlb edilməsi də qeyd olunub. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Tacikistan sərhədçiləri cavab atəşi açıblar.
"Hazırda vəziyyətin sabitləşdirilməsi və qonşu ölkənin sərhəd strukturlarının təxribat xarakterli hərəkətlərinin səbəblərinin aydınlaşdırılması məqsədilə hər iki tərəfin sərhəd xidmətlərinin nümayəndələri arasında danışıqlar aparılır", - nazirlikdən bildirilib.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.
Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.