Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Sərhəddəki təxribat zamanı boks üzrə Azərbaycan çempionu şəhid olub

© Sputnik / Rahim MuradovŞəhid dəfni
Şəhid dəfni - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Milli Boks Federasiyasının kollektivi həlak olan Azərbaycanın bütün şəhidlərinin ailələrinə və yaxınlarına başsağlığı verib.
BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma zamanı həlak olan Azərbaycan hərbçiləri arasında boks üzrə Azərbaycan çempionu da olub.
Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin şagirdi, məktəblilər arasında 40 kq çəki dərəcəsində ölkə çempionu və müxtəlif yaşlarda Azərbaycan birinciliklərinin iştirakçısı, xüsusi təyinatlı dəstələrdə gizir rütbəsi ilə xidmət etmiş Xəyal Əhədzadə şəhid olub.
Əhədzadə "Azərbaycan Bayrağı" ordeni, "Vətən müharibəsi iştirakçısı", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Boks Federasiyasının kollektivi hərbi əməliyyatlar zamanı həlak olan Azərbaycanın bütün şəhidlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0