https://sputnik.az/20220914/prezidentin-komekcisi-revansizm-ideyalari-genc-gunahsiz-heyatlara-son-qoyur-446051856.html
Prezidentin köməkçisi: “Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”
Prezidentin köməkçisi: “Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”
Sputnik Azərbaycan
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T19:44+0400
2022-09-14T19:44+0400
2022-09-14T20:51+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
şahmar mövsumov
https://cdnn1.img.sputnik.az/img/42252/98/422529891_0:0:3073:1728_1920x0_80_0_0_97acd42e28af197f6b115acc8f97c424.jpg
BAKI, 14 sentyabr - Sputnik. “Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün rəsmi tviter səhifəsində bildirib.“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”, - o qeyd edib.Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/98/422529891_74:0:2805:2048_1920x0_80_0_0_863c8f6c3d269700e87adcee37471305.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmar mövsumov
Prezidentin köməkçisi: “Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”
19:44 14.09.2022 (Yenilənib: 20:51 14.09.2022) Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
BAKI, 14 sentyabr - Sputnik. “Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün rəsmi tviter səhifəsində bildirib.
“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.