Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Peskov Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən danışdı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidDmitri Peskov, arxiv şəkli
Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiya Prezidentinin sözçüsü bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası dövlət başçılarına hesabat təqdim edəcək.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistan və Azərbaycan sərhədində gərginlik hələ də qalmaqdadır. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Kreml sözçüsü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının assosiasiyanın baş katibi Stanislav Zasın rəhbərliyi ilə sərhədə gedəcəyi barədə bir gün əvvəl qəbul edilmiş qərarı xatırladıb.

"Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər və buna baxılacaq", - deyə Peskov əlavə edib.

Rusiya prezidentinin mətbuat katibi onu da bildirib ki, KTMT missiyası Ermənistan və Azərbaycan sərhədindəki eskalasiya zonasına hələ çatmayıb.
"(KTMT missiyası) hələ gəlməyib, mən bildiyimə görə. Yenə də qərar dünən axşam saatlarında verilib, hələ formalaşdırılmalıdır, ora çatmaq lazımdır", - Peskov bununla bağlı suala cavab olaraq jurnalistlərə bildirib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Bundan öncə Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.
Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir.
Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir.
Флаги стран-участниц Организации Договора о коллективной безопасности (ОДКБ), фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
KTMT Stanislav Zası xüsusi missiya ilə Ermənistana göndərib
Xəbər lenti
0