https://sputnik.az/20220914/pasinyan-oz-beyanatini-tekzib-edib-lakin-etirazcilar-dagilismirlar---vdeo-446031549.html
Paşinyan öz bəyanatını təkzib edib, lakin etirazçılar dağılışmırlar - VİDEO
Paşinyan öz bəyanatını təkzib edib, lakin etirazçılar dağılışmırlar - VİDEO
Sputnik Azərbaycan
Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Bu bəyanat Ermənistan vətəndaşları arasında... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T22:11+0400
2022-09-14T22:11+0400
2022-09-14T23:13+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
nikol paşinyan
irəvan
etiraz aksiyaları
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442603345_0:0:3091:1739_1920x0_80_0_0_40643ee2d0f02c9ef4b210de215c0eb8.jpg
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan erməni tərəfinin hansısa sənədi imzalamağa hazırlaşması barədə verdiyi bəyanatı təkzib edib. Bu barədə o sosial şəbəkədəki hesabında yazıb.Bu gün Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Paşinyan deyib ki, imzalamadan sonra bir çoxları Ermənistan hakimiyyətini qınayacaq və onları satqınlıqda da günahlandıra bilərlər. "Biz bir kağızı imzalamaq istəyirik. Nəticədə bizi tənqid edəcəklər, söyəcəklər, satqın adlandıracaqlar, hətta xalq bizim hakimiyyətdən uzaqlaşdırılmağımız barədə qərar da qəbul edə bilər. Və biz ona minnətdar olacağıq, çünki imza nəticəsində Ermənistan Respublikası 29 min 800 kvadrat kilometrlik ərazisi ilə uzunmüddətli sülh və təhlükəsizlik əldə edəcək. Mən çox aydın şəkildə deyirəm ki, bunu təmin edəcək qərara imza atacağam. Və məni mənim başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistan Respublikasına nə olacağı maraqlandırı", - deyə o, bildirib.Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub. Hazırda hökumət və parlament binaları qarşısında etiraz aksiyaları keçirilir. İrəvan küçələrində nəqliyyatın hərəkəti iflic olub. Küçələrdə polis qüvvələrinin sayı artılırır."Əziz həmvətənlər, xahiş edirəm, manipulyasiyalara uymayın! Heç bir sənəd imzalanmayıb və imzalanmağa da hazırlanmır", - Paşinyan bəyan edib.Onun sözlərinə görə, baş verənlər informasiya təxribatıdır.Nikol Paşinyanın bu sözləri hazırda İrəvan küçələrində olan etirazçıları sakitləşdirməyə yönəlsə də, aksiyalar davam edir və getdikcə böyüyür.Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442603345_8:0:2737:2047_1920x0_80_0_0_d180bbb157bd1bf8ae1cb995d1e35b8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, irəvan, etiraz aksiyaları
nikol paşinyan, irəvan, etiraz aksiyaları
Paşinyan öz bəyanatını təkzib edib, lakin etirazçılar dağılışmırlar - VİDEO
22:11 14.09.2022 (Yenilənib: 23:13 14.09.2022) Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan erməni tərəfinin hansısa sənədi imzalamağa hazırlaşması barədə verdiyi bəyanatı təkzib edib. Bu barədə o sosial şəbəkədəki hesabında yazıb.
Bu gün Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Paşinyan deyib ki, imzalamadan sonra bir çoxları Ermənistan hakimiyyətini qınayacaq və onları satqınlıqda da günahlandıra bilərlər.
"Biz bir kağızı imzalamaq istəyirik. Nəticədə bizi tənqid edəcəklər, söyəcəklər, satqın adlandıracaqlar, hətta xalq bizim hakimiyyətdən uzaqlaşdırılmağımız barədə qərar da qəbul edə bilər. Və biz ona minnətdar olacağıq, çünki imza nəticəsində Ermənistan Respublikası 29 min 800 kvadrat kilometrlik ərazisi ilə uzunmüddətli sülh və təhlükəsizlik əldə edəcək. Mən çox aydın şəkildə deyirəm ki, bunu təmin edəcək qərara imza atacağam. Və məni mənim başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistan Respublikasına nə olacağı maraqlandırı", - deyə o, bildirib.
Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub. Hazırda hökumət və parlament binaları qarşısında etiraz aksiyaları keçirilir. İrəvan küçələrində nəqliyyatın hərəkəti iflic olub. Küçələrdə polis qüvvələrinin sayı artılırır.
"Əziz həmvətənlər, xahiş edirəm, manipulyasiyalara uymayın! Heç bir sənəd imzalanmayıb və imzalanmağa da hazırlanmır", - Paşinyan bəyan edib.
Onun sözlərinə görə, baş verənlər informasiya təxribatıdır.
Nikol Paşinyanın bu sözləri hazırda İrəvan küçələrində olan etirazçıları sakitləşdirməyə yönəlsə də, aksiyalar davam edir və getdikcə böyüyür.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.