Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

MN: Laçında mövqelərimiz artilleriya qurğuları və minaatanlardan atəşə tutulur

© AFP 2023 / HO / SANAArtilleriya atəşi, arxiv şəkli
Artilleriya atəşi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Müdafiə Nazirliyi Ermənistanın növbəti yalanını ifşa etdi
Xəbər lenti
0