https://sputnik.az/20220914/milli-musiqi-gunune-hesr-olunan-butun-tenteneli-tedbirler-texire-salinib-446031746.html
Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb
Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb
Sputnik Azərbaycan
Mədəniyyət Nazirliyindən bildirilib ki, bütün təntənəli tədbirlər təxirə salınıb 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T22:31+0400
2022-09-14T22:31+0400
2022-09-14T22:31+0400
milli
mədəniyyət
məlumat
musiqi günü
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441917942_0:67:1280:787_1920x0_80_0_0_17bb67f5aab867bf027a53c9e333d126.jpg
BAKI, 14 sentyabr — Sputnik. 18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb.Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib.Qeyd olunub ki, Milli Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır."Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır. Allah şəhidlərimizə rəhmət eləsin!", - məlumatda vurğulanır.Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441917942_72:0:1209:853_1920x0_80_0_0_986f4d180923e5504037f41fccaae26a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli, məlumat, musiqi günü
milli, məlumat, musiqi günü
Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb
Mədəniyyət Nazirliyindən bildirilib ki, bütün təntənəli tədbirlər təxirə salınıb
BAKI, 14 sentyabr — Sputnik. 18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb.
Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Milli Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.
"Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır. Allah şəhidlərimizə rəhmət eləsin!", - məlumatda vurğulanır.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.