Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul müvəqqəti dayandırılır

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Sabahdan bağçalara uşaqların qəbulu sistemi müvəqqəti işləməyəcək
BAKI, 14 sentyabr — Sputnik. 15-22 sentyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.
Xəbər lenti
0