https://sputnik.az/20220914/ermenistani-dagidici-fealiyyetden-cekinmeye-cagiririq---xn-446037377.html
Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq - XİN
Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq - XİN
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə Nazirliyi məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir. 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T16:29+0400
2022-09-14T16:29+0400
2022-09-14T16:29+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
azərbaycan xin
ermənistan
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başlatdığı hərbi təxribat beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq davam etdirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib."Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir. Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumatlandırılıb", - deyə nazirliyin məlumatında bildirilir.Daha sonra sənəddə deyilir ki, "belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir":Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan xin, ermənistan, müraciət
azərbaycan xin, ermənistan, müraciət
Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq - XİN
Azərbaycan Müdafiə Nazirliyi məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.
BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başlatdığı hərbi təxribat beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq davam etdirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir. Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumatlandırılıb", - deyə nazirliyin məlumatında bildirilir.
Daha sonra sənəddə deyilir ki, "belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir":
"Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq. Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət olunması əsasında təmin oluna bilər".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.