https://sputnik.az/20220914/erdogan-ve-putin-ermenistan-azerbaycan-serhedindeki-veziyyeti-muzakire-edecek-446043882.html
Ərdoğan və Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək
Ərdoğan və Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək
Sputnik Azərbaycan
Türkiyənin yüksək rütbəli rəsmisi məlumat verib ki, iki ölkə liderinin görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə edilməsi gözlənilir. 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T17:13+0400
2022-09-14T17:13+0400
2022-09-14T17:13+0400
ərdoğan putin görüşü
azərbaycan-ermənistan sərhədində vəziyyət
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444730988_0:0:2999:1688_1920x0_80_0_0_5b00f948281a96b0382a2b584b800708.jpg
BAKI, 14 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçiriləcək görüşdə Rusiya lideri Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək.Bu barədə Türkiyənin yüksək rütbəli rəsmisinə istinadən "Reuters" agentliyi məlumat yayıb.Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır.Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444730988_0:0:2731:2048_1920x0_80_0_0_2cd49524918b1e12fcd1fc30fed815c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan putin görüşü, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
ərdoğan putin görüşü, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
Ərdoğan və Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək
Türkiyənin yüksək rütbəli rəsmisi məlumat verib ki, iki ölkə liderinin görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə edilməsi gözlənilir.
BAKI, 14 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçiriləcək görüşdə Rusiya lideri Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək.
Bu barədə Türkiyənin yüksək rütbəli rəsmisinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır.
Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.