https://sputnik.az/20220914/biz-size-qaz-siz-bize-elektrik-baki-ile-sofiya-arasinda-enerji-mubadilesi-nece-olacaq-446044281.html
"Biz sizə qaz, siz bizə elektrik": Bakı ilə Sofiya arasında enerji mübadiləsi necə olacaq
"Biz sizə qaz, siz bizə elektrik": Bakı ilə Sofiya arasında enerji mübadiləsi necə olacaq
Sputnik Azərbaycan
Aİ-də elektrik enerjisinin tarifləri tarixi rekordları yenilədiyi bir zamanda, Bolqarıstan onu qaz müqabilində Azərbaycana ixrac etmək niyyətini açıqlayıb. Bu... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T19:01+0400
2022-09-14T19:01+0400
2022-09-14T19:38+0400
təhlil
qaz
elektrik enerjisi
ixrac
idxal
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:721_1920x0_80_0_0_d7d8d2c29aca9505b792a5e9e357ed50.jpg
BAKI, 14 sentyabr — Sputnik. Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovun bu yaxınlarda verdiyi bəyanatda, xüsusən də Bakı ilə Sofiya arasında Bolqarıstanın elektrik enerjisinin Azərbaycan qazına mübadiləsinə dair sazişdən bəhs edilib. Stoyanovun sözlərinə görə, əgər Sofiya Azərbaycanı elektrik enerjisi ilə təmin edə bilərsə, onu qazdan istehsal etmək əvəzinə, Bakı həmin mavi yanacağı Bolqarıstana ixrac etməyə yönəldə bilər.Bolqarıstan nazirinin bəyanatı kifayət qədər məntiqlidir, lakin bir neçə il bundan əvvəl Azərbaycanın özünün elektrik enerjisini Bolqarıstana ixrac etdiyini xatırlatsaq, müəyyən məsələlər ortaya çıxır. Elektrik enerjisinin Avropadan böyük məsafəyə ötürülməsi, xüsusilə də Aİ-nin özündə rekord tariflər nəzərə alınarsa, nə dərəcədə sərfəli olacaq?Başqa bir sual budur ki, “yaşıl” enerji potensialını kifayət qədər sürətlə inkişaf etdirən Azərbaycan Avropadan elektrik enerjisini niyə almalıdır?Bolqarıstanda elektrik enerjisi istehsalının artımıBolqarıstan Milli statistika institutunun (MSİ) məlumatına görə, bu gün bu ölkə elektrik enerjisinin, demək olar ki, yarısını ixrac edir. 2022-ci ilin 8 ayının yekunlarına görə elektrik enerjisi istehsalı 14,84 faiz artaraq 35 milyon MVt/saatı ötüb. Eyni zamanda, Bolqarıstanda onun istehlakı cəmi 0,16% artaraq, təxminən, 24 milyon MVt/saat təşkil edib. Ölkə artıq elektrik enerjisini ixrac edib.Bolqarıstanda bərpa olunan enerji mənbələrindən (BEM) elektrik enerjisi istehsalının gücü kəskin şəkildə artır - onun ümumi enerji balansında payı səkkiz ayda 23% artıb.Aİ Bolqarıstandan daha ucuz elektrik enerjisi gözləyirAİ-də elektrik enerjisi tarifləri tarixi rekordlar yeniləsə də, Bolqarıstan Avropa bazarına elektrik enerjisinin əsas təchizatçılarından biri olaraq qalır. 2022-ci ilin birinci yarısının nəticələrinə görə, bu ölkə elektrik enerjisi ixracına görə Avropada üçüncü yerdədir.“Enappsys” enerji analitik mərkəzinin məlumatları göstərir ki, Bolqarıstan digər ölkələrə, əsasən də qonşu Rumıniya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya və Serbiyaya 6,6 MVt/saat elektrik enerjisi ixrac edib.Bununla yanaşı, Bolqarıstan elektrik enerjisinin idxalçısı olan Yunanıstan onun Aİ-yə əsas ixracatçısına çevrilib. Afina nisbətən ucuz Rusiya qazını almağa davam edərək elektrik enerjisi istehsalını artırıb və Bolqarıstandan ucuz təchizatla birlikdə tariflərin daha yüksək olduğu İtaliya, Albaniya, Şimali Makedoniyaya ehtiyat güclər ixrac edib.Bolqarıstan hökuməti həm də Qərbi Balkan istiqamətində elektrik enerjisinin ixracının artırılması imkanını nəzərdən keçirir. Buna görə də Aİ-də rekord tarifləri nəzərə alaraq, Bolqarıstanın, özünü 100% təmin etdiyinə görə enerji resurslarının maya dəyərinin xeyli aşağı olduğu Azərbaycana ixracının nə dərəcədə sərfəli olacağı hələlik bəlli deyil.Azərbaycan - ixracatdan idxala?Azərbaycan son illər ərzində vaxtaşırı Avropaya elektrik enerjisi tədarükünü həyata keçirir. 2019 - cu ildə "Azərenerji" ASC onun Gürcüstan və Türkiyə ərazisi ilə Yunanıstana, Bolqarıstana, daha sonra isə Rumıniya və Macarıstana ixracına başlayıb. Bundan başqa, ASC Avstriya və İtaliyaya elektrik enerjisini ixrac etməyi planlaşdırırdı.Müəyyən məqamda Aİ-yə Azərbaycan elektrik enerjisinin ixracı kəsilir və ya daimi həyata keçirilmirdi. Ekspertlər hesab edirlər ki, buna səbəb layihənin renrtabelsiziyi olub – Azərbaycanla Avropa bazarı arasında məsafənin həddən artıq böyük olması səbəbindən elektrik enerjisinin ötürülməsində itkilər 30%-i ötüb.Eyni zamanda, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə Azərbaycan elektrik enerjisinin Türkiyə ərazisi vasitəsilə Avropaya nəqlinin artırılması üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Gələcəkdə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü ilə hər il, təxminən, 700 MVt elektrik enerjisinin Aİ-yə ixrac ediləcəyi gözlənilir.Azərbaycandan Bolqarıstana elektrik enerjisi ixrac edilərkən Türkiyədə mövcud olan elektrik verilişi xətlərindən istifadə olunacaq.Bundan əlavə, Azərbaycan və Rumıniya Azərbaycanın istehsal etdiyi “yaşıl” elektrik enerjisinin ixracı imkanlarını nəzərdən keçirir. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi boyunca gücü 1000 MVt-a qədər olan 500 kV-luq daimi cərəyanlı sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır.Güman etmək olar ki, Azərbaycan Türkiyə və Gürcüstanın iştirakı ilə yeni enerji körpüsü çərçivəsində elektrik enerjisini Bolqarıstandan ötürücü xəttin ötürmə qabiliyyətini artırmaqla mövcud infrastruktur vasitəsilə alacaq. Beləliklə, Türkiyəyə elektrik enerjisi ixracatçısı olan Bolqarıstan tədarükünü artıra, Türkiyə isə sonradan Azərbaycana tədarük etməklə analoji gücləri Gürcüstana ötürə bilər.Əvvəlcə qaz, sonra elektrik enerjisiBolqarıstan Azərbaycana öz qazından elektrik enerjisi istehsal etməyi təklif edir və bu, ölkəyə tədarük olunacaq. Bunun müqabilində o, elektrik enerjisi ixrac edəcək.Bolqarıstan hökuməti gözləyir ki, 2022-ci il oktyabrın 1-dən İGB boru kəmərinin kommersiya istismarı başlayacaq və bu, Sofiyaya Azərbaycan qazının tədarükünü il ərzində müqavilədə nəzərdə tutulan 1 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bu isə əvvəllər müvafiq infrastrukturun çatışmazlığı səbəbindən mümkün deyildi.Bundan əlavə, Bolqarıstan bir neçə ildən sonra “Cənub qaz dəhlizi”nin genişləndirilməsi ilə Azərbaycandan qaz idxalını ildə daha 1 milyard kubmetr - 2 milyard kubmetrə qədər artırmağı planlaşdırır.Milli enerji təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə universitetinin müəllimi Stanislav Mitraxoviçin sözlərinə görə, hələ ki, söhbət Azərbaycandan Bolqarıstana qaz nəqlinin müqavilə çərçivəsində razılaşdırılmış səviyyəyə çatdırılmasından gedir.“Orada ilkin olaraq aydın idi ki, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin Bolqarıstana marşrutu üzrə “Şahdəniz-2” yatağından Azərbaycandan, təxminən, 1 milyard kubmetr qaz gəlməlidir. “Şah Dəniz-2” layihəsinə əsasən qazın 1 milyard kubmetri Bolqarıstana, 1 milyard kubmetri Yunanıstana, 8 milyard kubmetri İtaliyaya, 6 milyard kubmetri isə Türkiyəyə verilməli idi”, - deyə Mitraxoviç “Sputnik Azərbaycan”a bildirib.Ekspert qeyd edib ki, gələcəkdə TANAP və TAP layihələrinin imkanları genişlənəcək və o zaman Azərbaycan qazının tədarükünü artırmaq mümkün olacaq. Amma bunun üçün qaz kəməri marşrutlarında yeni kompressorlar quraşdırmaq, həmçinin, “Şahdəniz-2” yatağı çərçivəsində Azərbaycanda hasilat imkanlarını genişləndirmək lazımdır.Bolqarıstan istehsalı olan elektrik enerjisinin Azərbaycana ixracına gəlincə, Bolqarıstanın atom elektrik stansiyası və kifayət qədər qənaətbəxş istehsal gücləri var."Lakin hazırda bütün Avropada enerji böhranı hökm sürür - Bolqarıstanın qonşu ölkələrdən də artıq elektrik enerjisi alıcıları olacaq. Avropada elektrik enerjisinə tariflər yüksəkdir, xüsusən də Qərbi Avropada. Buna görə də Bolqarıstanın elektrik enerjisini, əgər sərbəst tutumlar olarsa, Azərbaycana köçürməkdənsə, Aİ bazarlarına yönləndirmək daha asandır”, - deyə Mitraxoviç bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:960_1920x0_80_0_0_decd595430e3566b502f56b0fb73165b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, elektrik enerjisi, ixrac, idxal
qaz, elektrik enerjisi, ixrac, idxal
"Biz sizə qaz, siz bizə elektrik": Bakı ilə Sofiya arasında enerji mübadiləsi necə olacaq
19:01 14.09.2022 (Yenilənib: 19:38 14.09.2022) Aİ-də elektrik enerjisinin tarifləri tarixi rekordları yenilədiyi bir zamanda, Bolqarıstan onu qaz müqabilində Azərbaycana ixrac etmək niyyətini açıqlayıb. Bu, Bakı və Sofiya üçün nə dərəcədə faydalı olacaq?
BAKI, 14 sentyabr — Sputnik. Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovun bu yaxınlarda verdiyi bəyanatda, xüsusən də Bakı ilə Sofiya arasında Bolqarıstanın elektrik enerjisinin Azərbaycan qazına mübadiləsinə dair sazişdən bəhs edilib. Stoyanovun sözlərinə görə, əgər Sofiya Azərbaycanı elektrik enerjisi ilə təmin edə bilərsə, onu qazdan istehsal etmək əvəzinə, Bakı həmin mavi yanacağı Bolqarıstana ixrac etməyə yönəldə bilər.
Bolqarıstan nazirinin bəyanatı kifayət qədər məntiqlidir, lakin bir neçə il bundan əvvəl Azərbaycanın özünün elektrik enerjisini Bolqarıstana ixrac etdiyini xatırlatsaq, müəyyən məsələlər ortaya çıxır. Elektrik enerjisinin Avropadan böyük məsafəyə ötürülməsi, xüsusilə də Aİ-nin özündə rekord tariflər nəzərə alınarsa, nə dərəcədə sərfəli olacaq?
Başqa bir sual budur ki, “yaşıl” enerji potensialını kifayət qədər sürətlə inkişaf etdirən Azərbaycan Avropadan elektrik enerjisini niyə almalıdır?
Bolqarıstanda elektrik enerjisi istehsalının artımı
Bolqarıstan Milli statistika institutunun (MSİ) məlumatına görə, bu gün bu ölkə elektrik enerjisinin, demək olar ki, yarısını ixrac edir. 2022-ci ilin 8 ayının yekunlarına görə elektrik enerjisi istehsalı 14,84 faiz artaraq 35 milyon MVt/saatı ötüb. Eyni zamanda, Bolqarıstanda onun istehlakı cəmi 0,16% artaraq, təxminən, 24 milyon MVt/saat təşkil edib. Ölkə artıq elektrik enerjisini ixrac edib.
Bolqarıstanda bərpa olunan enerji mənbələrindən (BEM) elektrik enerjisi istehsalının gücü kəskin şəkildə artır - onun ümumi enerji balansında payı səkkiz ayda 23% artıb.
Aİ Bolqarıstandan daha ucuz elektrik enerjisi gözləyir
Aİ-də elektrik enerjisi tarifləri tarixi rekordlar yeniləsə də, Bolqarıstan Avropa bazarına elektrik enerjisinin əsas təchizatçılarından biri olaraq qalır. 2022-ci ilin birinci yarısının nəticələrinə görə, bu ölkə elektrik enerjisi ixracına görə Avropada üçüncü yerdədir.
“Enappsys” enerji analitik mərkəzinin məlumatları göstərir ki, Bolqarıstan digər ölkələrə, əsasən də qonşu Rumıniya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya və Serbiyaya 6,6 MVt/saat elektrik enerjisi ixrac edib.
Bununla yanaşı, Bolqarıstan elektrik enerjisinin idxalçısı olan Yunanıstan onun Aİ-yə əsas ixracatçısına çevrilib. Afina nisbətən ucuz Rusiya qazını almağa davam edərək elektrik enerjisi istehsalını artırıb və Bolqarıstandan ucuz təchizatla birlikdə tariflərin daha yüksək olduğu İtaliya, Albaniya, Şimali Makedoniyaya ehtiyat güclər ixrac edib.
Bolqarıstan hökuməti həm də Qərbi Balkan istiqamətində elektrik enerjisinin ixracının artırılması imkanını nəzərdən keçirir. Buna görə də Aİ-də rekord tarifləri nəzərə alaraq, Bolqarıstanın, özünü 100% təmin etdiyinə görə enerji resurslarının maya dəyərinin xeyli aşağı olduğu Azərbaycana ixracının nə dərəcədə sərfəli olacağı hələlik bəlli deyil.
Azərbaycan - ixracatdan idxala?
Azərbaycan son illər ərzində vaxtaşırı Avropaya elektrik enerjisi tədarükünü həyata keçirir. 2019 - cu ildə "Azərenerji" ASC onun Gürcüstan və Türkiyə ərazisi ilə Yunanıstana, Bolqarıstana, daha sonra isə Rumıniya və Macarıstana ixracına başlayıb. Bundan başqa, ASC Avstriya və İtaliyaya elektrik enerjisini ixrac etməyi planlaşdırırdı.
Müəyyən məqamda Aİ-yə Azərbaycan elektrik enerjisinin ixracı kəsilir və ya daimi həyata keçirilmirdi. Ekspertlər hesab edirlər ki, buna səbəb layihənin renrtabelsiziyi olub – Azərbaycanla Avropa bazarı arasında məsafənin həddən artıq böyük olması səbəbindən elektrik enerjisinin ötürülməsində itkilər 30%-i ötüb.
Eyni zamanda, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə Azərbaycan elektrik enerjisinin Türkiyə ərazisi vasitəsilə Avropaya nəqlinin artırılması üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Gələcəkdə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü ilə hər il, təxminən, 700 MVt elektrik enerjisinin Aİ-yə ixrac ediləcəyi gözlənilir.
Azərbaycandan Bolqarıstana elektrik enerjisi ixrac edilərkən Türkiyədə mövcud olan elektrik verilişi xətlərindən istifadə olunacaq.
Bundan əlavə, Azərbaycan və Rumıniya Azərbaycanın istehsal etdiyi “yaşıl” elektrik enerjisinin ixracı imkanlarını nəzərdən keçirir. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi boyunca gücü 1000 MVt-a qədər olan 500 kV-luq daimi cərəyanlı sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır.
Güman etmək olar ki, Azərbaycan Türkiyə və Gürcüstanın iştirakı ilə yeni enerji körpüsü çərçivəsində elektrik enerjisini Bolqarıstandan ötürücü xəttin ötürmə qabiliyyətini artırmaqla mövcud infrastruktur vasitəsilə alacaq. Beləliklə, Türkiyəyə elektrik enerjisi ixracatçısı olan Bolqarıstan tədarükünü artıra, Türkiyə isə sonradan Azərbaycana tədarük etməklə analoji gücləri Gürcüstana ötürə bilər.
Əvvəlcə qaz, sonra elektrik enerjisi
Bolqarıstan Azərbaycana öz qazından elektrik enerjisi istehsal etməyi təklif edir və bu, ölkəyə tədarük olunacaq. Bunun müqabilində o, elektrik enerjisi ixrac edəcək.
Bolqarıstan hökuməti gözləyir ki, 2022-ci il oktyabrın 1-dən İGB boru kəmərinin kommersiya istismarı başlayacaq və bu, Sofiyaya Azərbaycan qazının tədarükünü il ərzində müqavilədə nəzərdə tutulan 1 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bu isə əvvəllər müvafiq infrastrukturun çatışmazlığı səbəbindən mümkün deyildi.
Bundan əlavə, Bolqarıstan bir neçə ildən sonra “Cənub qaz dəhlizi”nin genişləndirilməsi ilə Azərbaycandan qaz idxalını ildə daha 1 milyard kubmetr - 2 milyard kubmetrə qədər artırmağı planlaşdırır.
Milli enerji təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə universitetinin müəllimi Stanislav Mitraxoviçin sözlərinə görə, hələ ki, söhbət Azərbaycandan Bolqarıstana qaz nəqlinin müqavilə çərçivəsində razılaşdırılmış səviyyəyə çatdırılmasından gedir.
“Orada ilkin olaraq aydın idi ki, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin Bolqarıstana marşrutu üzrə “Şahdəniz-2” yatağından Azərbaycandan, təxminən, 1 milyard kubmetr qaz gəlməlidir. “Şah Dəniz-2” layihəsinə əsasən qazın 1 milyard kubmetri Bolqarıstana, 1 milyard kubmetri Yunanıstana, 8 milyard kubmetri İtaliyaya, 6 milyard kubmetri isə Türkiyəyə verilməli idi”, - deyə Mitraxoviç “Sputnik Azərbaycan”a bildirib.
Ekspert qeyd edib ki, gələcəkdə TANAP və TAP layihələrinin imkanları genişlənəcək və o zaman Azərbaycan qazının tədarükünü artırmaq mümkün olacaq. Amma bunun üçün qaz kəməri marşrutlarında yeni kompressorlar quraşdırmaq, həmçinin, “Şahdəniz-2” yatağı çərçivəsində Azərbaycanda hasilat imkanlarını genişləndirmək lazımdır.
Bolqarıstan istehsalı olan elektrik enerjisinin Azərbaycana ixracına gəlincə, Bolqarıstanın atom elektrik stansiyası və kifayət qədər qənaətbəxş istehsal gücləri var.
"Lakin hazırda bütün Avropada enerji böhranı hökm sürür - Bolqarıstanın qonşu ölkələrdən də artıq elektrik enerjisi alıcıları olacaq. Avropada elektrik enerjisinə tariflər yüksəkdir, xüsusən də Qərbi Avropada. Buna görə də Bolqarıstanın elektrik enerjisini, əgər sərbəst tutumlar olarsa, Azərbaycana köçürməkdənsə, Aİ bazarlarına yönləndirmək daha asandır”, - deyə Mitraxoviç bildirib.