Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Beynəlxalq qurumlar bu təcavüzə dərhal sərt reaksiya verməlidir - Ombudsman

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
S.Əliyeva vurğulayıb ki, regionda sülhə və təhlükəsizliyə təhdid törədən Ermənistanın qarşısına öhdəlik qoyulmalıdır.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti bu gün də davam edir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Ombudsman Aparatı bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edib: "Beynəlxalq qurumlardan tələb edirəm ki, Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya versin. Onların bu gün də davam edən işğalçı siyasətinə son qoyulmalıdır. Ermənistanın təxribatının qarşısının alınması nəticəsində 50 övladımız şəhid olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm".
S.Əliyeva vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bu günə qədər 242 nəfər mina qurbanı olub:

"Bu gün də Ermənistan bizim işğaldan azad etdiyimiz torpaqlara diversiya qrupları göndərir, torpaqlarımızı minalamağa cəhd edir. Müzəffər və qalib ordumuz bu cəhdin qarşısını alıb. Düşmən tərəfi yenə də bu cür təxribatlara əl atarsa, onların qarşısı qətiyyətlə alınacaq. Regionda sülhə və təhlükəsizliyə təhdid törədən Ermənistanın qarşısına öhdəlik qoyulmalıdır".

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.
Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.
Xəbər lenti
0