https://sputnik.az/20220914/abs-ermenistanla-azerbaycan-arasinda-doyuslerin-dayandirilmasinda-rusiyanin-rolu-barede-446007234.html
ABŞ Ermənistanla Azərbaycan arasında döyüşlərin dayandırılmasında Rusiyanın rolu barədə
ABŞ Ermənistanla Azərbaycan arasında döyüşlərin dayandırılmasında Rusiyanın rolu barədə
Sputnik Azərbaycan
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Rusiya sülhməramlılarının münaqişə zonasından... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T00:45+0400
2022-09-14T00:45+0400
2022-09-14T00:45+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
abş
abş dövlət departamenti
rusiya
ermənistan
con kirbi
https://cdnn1.img.sputnik.az/img/40157/20/401572057_0:83:3960:2311_1920x0_80_0_0_a493af930b3555821c98d16d11d5516a.jpg
BAKI, 14 sentyabr — Sputnik. Rusiya atəşkəsin əldə olunmasına kömək edib, lakin o, demək olar ki, dərhal pozulub.Bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib."Göründüyə qədər, ruslar vasitəsilə gecə atəşkəs əldə olunub, lakin o, demək olar ki, dərhal da pozulub. Aydın məsələdir ki, biz işə yarayan atəşkəs istəyirik", - deyə Kirbi bildirib.O xatırladıb ki, ABŞ münaqişə zonasında gərginliyi azaltmaq üzərində çalışır. Dövlət katibi Entoni Blinken hər iki ölkənin liderləri ilə danışıb və Amerikanın diplomatik nümayəndəsi regionda işləyir.Jurnalistlərin suallarını cavablandıran Kirbi bildirib ki, ABŞ Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılmasının əlamətlərini görmür.Blinken daha əvvəl demişdi ki, ABŞ Ermənistan-Azərbaycan sərhədində döyüşlərin dayandırılmasında Rusiyanın köməyini alqışlayacaq.Rusiya təsir imkanlarından istifadə etməlidirDövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı eskalasiyanı dayandırmaq üçün Ermənistan və Azərbaycandakı əhəmiyyətli təsirindən istifadə etməyə çağırıb. O, əmindir ki, bu eskalasiya Rusiyanın maraqlarına uyğun deyil."Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların və ya birbaşa zorakılığın artması... Rusiyanın maraqlarına uyğun deyil. Bunda heç kim maraqlı deyil", - Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib."Həmçinin heç bir şübhə yoxdur ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üzərində əhəmiyyətli təsiri var. Biz Rusiyanı bu təsir imkanlarından hərbi əməliyyatların dayandırılması və daha geniş mənada bu gərginliyin azaldılması üçün istifadə etməyə çağırırıq", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.Prays qeyd edib ki, münaqişənin gərginləşməsinə görə hər iki tərəfi günahlandırmaqdan çəkinir. Onlar üçün ən vacib hər iki tərəfin hərbi əməliyyatları dayandırmağa və daha geniş deeskalasiyaya yer verməməyə dair öhdəlik götürməsidir.Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40157/20/401572057_323:0:3768:2584_1920x0_80_0_0_b710bedda051b529ac9eff37b2381a03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
abş, abş dövlət departamenti, rusiya, ermənistan, con kirbi
abş, abş dövlət departamenti, rusiya, ermənistan, con kirbi
ABŞ Ermənistanla Azərbaycan arasında döyüşlərin dayandırılmasında Rusiyanın rolu barədə
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılmasının əlamətlərini görmür.
BAKI, 14 sentyabr — Sputnik. Rusiya atəşkəsin əldə olunmasına kömək edib, lakin o, demək olar ki, dərhal pozulub.
Bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Göründüyə qədər, ruslar vasitəsilə gecə atəşkəs əldə olunub, lakin o, demək olar ki, dərhal da pozulub. Aydın məsələdir ki, biz işə yarayan atəşkəs istəyirik", - deyə Kirbi bildirib.
O xatırladıb ki, ABŞ münaqişə zonasında gərginliyi azaltmaq üzərində çalışır. Dövlət katibi Entoni Blinken hər iki ölkənin liderləri ilə danışıb və Amerikanın diplomatik nümayəndəsi regionda işləyir.
Jurnalistlərin suallarını cavablandıran Kirbi bildirib ki, ABŞ Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılmasının əlamətlərini görmür.
Blinken daha əvvəl demişdi ki, ABŞ Ermənistan-Azərbaycan sərhədində döyüşlərin dayandırılmasında Rusiyanın köməyini alqışlayacaq.
Rusiya təsir imkanlarından istifadə etməlidir
Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı eskalasiyanı dayandırmaq üçün Ermənistan və Azərbaycandakı əhəmiyyətli təsirindən istifadə etməyə çağırıb. O, əmindir ki, bu eskalasiya Rusiyanın maraqlarına uyğun deyil.
"Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların və ya birbaşa zorakılığın artması... Rusiyanın maraqlarına uyğun deyil. Bunda heç kim maraqlı deyil", - Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Həmçinin heç bir şübhə yoxdur ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üzərində əhəmiyyətli təsiri var. Biz Rusiyanı bu təsir imkanlarından hərbi əməliyyatların dayandırılması və daha geniş mənada bu gərginliyin azaldılması üçün istifadə etməyə çağırırıq", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Prays qeyd edib ki, münaqişənin gərginləşməsinə görə hər iki tərəfi günahlandırmaqdan çəkinir. Onlar üçün ən vacib hər iki tərəfin hərbi əməliyyatları dayandırmağa və daha geniş deeskalasiyaya yer verməməyə dair öhdəlik götürməsidir.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.