Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Türkiyə hər zaman sizinlə olacaq!" - Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatı

© AFP 2024 / BIROL BEBEKTürkiyə bayrağı, arxiv şəkli
Türkiyə bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Ermənistan illərdir davam edən təxribatçı və aqressiv mövqeyindən tamamilə əl çəkməli və ona uzadılan sülh əlini fürsət kimi tutmalıdır.
BAKI, 13 sentyabr - Sputnik. Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Ermənistan illərdir davam edən təxribatçı və aqressiv mövqeyindən tamamilə əl çəkməli və ona uzadılan sülh əlini fürsət kimi tutmalıdır. Türkiyə olaraq hər zaman qardaşlarımızın yanındayıq və hər zaman sizinlə olacağıq!”,- deyə Nazirlikdən bildirilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0