https://sputnik.az/20220913/turk-dovletleri-teskilati-ermenistanin-herbi-texribatini-pisleyib-446002980.html
Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını pisləyib
Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını pisləyib
Sputnik Azərbaycan
Türk Dövlətləri Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edib. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T22:15+0400
2022-09-13T22:15+0400
2022-09-13T22:26+0400
siyasət
türk dövlətləri təşkilatı
ermənistan
ermənistan silahlı qüvvələri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442203630_0:10:1200:685_1920x0_80_0_0_f14aab9e6e0b8006b8c5008b028841fd.jpg
BAKI, 13 sentyabr - Sputnik. Türk Dövlətləri Təşkilatının baş katibi baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.Bu barədə Təşkilatın yaydığı bəyanatda deyilir.Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.“TDT-na üzv dövləti Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”, - deyə bildirilib.Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://sputnik.az/20220913/-azerbaycan-silahli-quvvelerinin-50-herbi-qulluqcusu-sehid-olub-445998869.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442203630_137:0:1064:695_1920x0_80_0_0_1f531b73046b6f2c1bae77b10616d0fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türk dövlətləri təşkilatı, ermənistan, ermənistan silahlı qüvvələri
türk dövlətləri təşkilatı, ermənistan, ermənistan silahlı qüvvələri
Türk Dövlətləri Təşkilatı Ermənistanın hərbi təxribatını pisləyib
22:15 13.09.2022 (Yenilənib: 22:26 13.09.2022) Türk Dövlətləri Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edib.
BAKI, 13 sentyabr - Sputnik. Türk Dövlətləri Təşkilatının baş katibi baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.
Bu barədə Təşkilatın yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, TDT beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyir və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin vacibliyini xatırladır.
“TDT-na üzv dövləti Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır. Katiblik həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”, - deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.