https://sputnik.az/20220913/rusiya-xn-in-xususi-numayendesi-ararat-mirzoyanla-gorusub-445993592.html
Rusiya XİN-in xüsusi nümayəndəsi Ararat Mirzoyanla görüşüb
Rusiya XİN-in xüsusi nümayəndəsi Ararat Mirzoyanla görüşüb
Sputnik Azərbaycan
Ermənistan xarici işlər naziri ilə RF XİN başçısının xüsusi nümayəndəsi İqor Xovayev arasında Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik müzakirə edilib. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T19:37+0400
2022-09-13T19:37+0400
2022-09-13T19:39+0400
ararat mirzoyan
siyasət
rusiya xin
iqor xovayev
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427729598_0:0:3238:1822_1920x0_80_0_0_3401b7108ae89126143df1992a7d5d97.jpg
BAKI, 13 sentyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.Sputnik Ermənistan-ın yaydığı mətbuata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik müzakirə olunub.Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427729598_507:0:3238:2048_1920x0_80_0_0_191da0a831c05c8eece142ec1ad27f9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, rusiya xin, iqor xovayev
ararat mirzoyan, rusiya xin, iqor xovayev
Rusiya XİN-in xüsusi nümayəndəsi Ararat Mirzoyanla görüşüb
19:37 13.09.2022 (Yenilənib: 19:39 13.09.2022) Ermənistan xarici işlər naziri ilə RF XİN başçısının xüsusi nümayəndəsi İqor Xovayev arasında Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik müzakirə edilib.
BAKI, 13 sentyabr — Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.
Sputnik Ermənistan-ın yaydığı mətbuata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik müzakirə olunub.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.
Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.
İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.