https://sputnik.az/20220913/rusiya-xn-den-azerbaycan-ve-ermenistan-serhedindeki-gerginlikle-bagli-aciqlama-445971653.html
Rusiya XİN-dən Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlama
Rusiya XİN-dən Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlama
Sputnik Azərbaycan
Rusiya XİN-dən bildirilib ki, sərhəd məsələləri Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll... 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T13:13+0400
2022-09-13T13:13+0400
2022-09-13T14:23+0400
rusiya xin
bəyanat
açıqlama
azərbaycan-ermənistan sərhədində vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_0:0:3267:1839_1920x0_80_0_0_9cbc3110faf4ad9f89c26dd14f9cd81f.jpg
BAKI, 13 sentyabr — Sputnik. "Biz rəsmi Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə kömək göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək".Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib."Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir", - XİN-in bəyanatında bildirilib.Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_24:0:2755:2048_1920x0_80_0_0_f40a3a742238a4ebcf3be922c3dcefde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, bəyanat, açıqlama
rusiya xin, bəyanat, açıqlama
Rusiya XİN-dən Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlama
13:13 13.09.2022 (Yenilənib: 14:23 13.09.2022) Rusiya XİN-dən bildirilib ki, sərhəd məsələləri Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir.
BAKI, 13 sentyabr — Sputnik. "Biz rəsmi Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə kömək göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək".
Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.
"Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir", - XİN-in bəyanatında bildirilib.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.