https://sputnik.az/20220913/pasinyan-qerbin-sifarisini-yerine-yetirmekle-rusiyaya-da-mane-olur---politoloq-445953135.html
Paşinyan Qərbin sifarişini yerinə yetirməklə Rusiyaya da mane olur - Politoloq
Paşinyan Qərbin sifarişini yerinə yetirməklə Rusiyaya da mane olur - Politoloq
Sputnik Azərbaycan
Azərbaycanın Naxçıvana onsuz da alternativ yolları var, deyən politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin ölkəmiz üçün iki əhəmiyyəti var. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T09:29+0400
2022-09-13T09:29+0400
2022-09-13T14:27+0400
zəngəzur
dəhliz
ermənistan
rusiya
nikol paşinyan
qərb
azərbaycan-ermənistan sərhədində vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444703322_0:13:832:481_1920x0_80_0_0_39735c54f896870b20c689542a0bd0fe.jpg
BAKI, 13 sentyabr — Sputnik. Ermənistanda Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin inşası dayandırılıb. Ermənistan mətbuatının yazdığına görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryolu xətlərinin bərpasını nəzərdə tutan layihə dondurulub.Bildirilir ki, müharibədən sonrakı ilk aylarda Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması dedikdə ilk növbədə sovet dövründə mövcud olmuş dəmiryolu xətlərinin bərpası nəzərdə tutulurdu. İndi isə məsələ gündəlikdən çıxarılıb və hazırda avtomobil yollarının inşasına üstünlük verilir. Son 4 ayda bu sahədə heç bir irəliləyiş olmayıb.Sputnik Azərbaycan Zəngəzur dəhlizi ətrafında cərəyan edən proseslər ilə bağlı politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.Politoloq bildirib ki, mövcud Ermənistan hakimiyyəti ikili oyun oynamağa çalışır. Onun sözlərinə görə, Ermənistan baş naziri nə qədər də Rusiya ilə bağlı xoşagələn fikirlər söyləsə də, əməldə bunun tam əksini edir:"Bizim Mehri dəmiryolu dediyimiz xətt Zəngəzur dəhlizinə aiddir. Ermənistan hökumətinin bu dəmiryolunun fəaliyyətinə mane olmaq niyyəti hər şeyi göstərir. Paşinyan Vladivastokdakı çıxışında ölkəsi ilə bağlı bütün məsələlərin həlli ilə bağlı Rusiyanın dəstəyinə güvənərək hərəkət etdiyini bildirdi. Amma biz görürük ki, onun pafoslu çıxışı əməldə özünü doğrultmur".Azərbaycanın Naxçıvana onsuz da alternativ yolları olduğunu deyən politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin ölkəmiz üçün iki əhəmiyyəti var:Politoloqun sözlərinə görə, Azərbaycan onsuz da digər vasitələrlə Naxçıvanla əlaqələrini təmin edə bilir."Mən burada həm də son vaxtlar Azərbaycan ətrafında cərəyan edən proseslərə diqqət çəkmək istəyirəm. Azərbaycanın iştirakı ilə Rəşt-Astara dəmiryolu da tikilir. Mehri dəmiryolu indiki reallıqda Azərbaycandan daha çox Rusiya üçün vacibdir. Sovet dövründə o yolun intensiv işləməyinin səbəblərindən biri də keçmiş SSRİ-nin İran və Türkiyə ilə olan sərhədlərinin yanı ilə getməsi idi. Paşinyan Qərbin əlində alət olub, Rusiyanın imkanlarının genişlənməsinə mane olmağa çalışır. Qərbin sifarişini yerinə yetirməklə Zəngəzur dəhlizi ilə bağlı proseslərə, o cümlədən də Rusiyaya mane olur", - deyə M.Əhmədoğlu qeyd edib.Politoloq hesab edir ki, Cənubi Qafqazda baş verən proseslər tək Azərbaycan və Ermənistan məsələsi deyil:"Düşünürəm ki, Səmərqənddə keçiriləcək Ərdoğan-Putin görüşündə də Zəngəzur dəhlizi mütləq müzakirə ediləcək. Mən Qazaxıstan prezidentinin səfərini xatırlatmaq istəyirəm. Bu səfər də regional kommunikasiyaların artan əhəmiyyəti ilə bağlı idi. Qazaxıstan prezidentindən bir qədər əvvəl Özbəkistan prezidenti burada oldu. Onun keçirdiyi görüşlərdə də orta dəhlizlə bağlı müzakirələr aparıldı. Ermənistan hər vəchlə çalışır ki, Zəngəzur dəhlizinə qarşı fobiya yaratsın. Ancaq bunun bir mənası yoxdur. Həm Rusiya, həm Türkiyə, həm də digər region ölkələri Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444703322_87:0:746:494_1920x0_80_0_0_1150dd70818b3b8afaf025b78f1e20ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngəzur, dəhliz, ermənistan, rusiya, nikol paşinyan, qərb
zəngəzur, dəhliz, ermənistan, rusiya, nikol paşinyan, qərb
Paşinyan Qərbin sifarişini yerinə yetirməklə Rusiyaya da mane olur - Politoloq
09:29 13.09.2022 (Yenilənib: 14:27 13.09.2022) Azərbaycanın Naxçıvana onsuz da alternativ yolları var, deyən politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin ölkəmiz üçün iki əhəmiyyəti var.
BAKI, 13 sentyabr — Sputnik. Ermənistanda Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin inşası dayandırılıb. Ermənistan mətbuatının yazdığına görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryolu xətlərinin bərpasını nəzərdə tutan layihə dondurulub.
Bildirilir ki, müharibədən sonrakı ilk aylarda Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması dedikdə ilk növbədə sovet dövründə mövcud olmuş dəmiryolu xətlərinin bərpası nəzərdə tutulurdu. İndi isə məsələ gündəlikdən çıxarılıb və hazırda avtomobil yollarının inşasına üstünlük verilir. Son 4 ayda bu sahədə heç bir irəliləyiş olmayıb.
Sputnik Azərbaycan Zəngəzur dəhlizi ətrafında cərəyan edən proseslər ilə bağlı politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
Politoloq bildirib ki, mövcud Ermənistan hakimiyyəti ikili oyun oynamağa çalışır. Onun sözlərinə görə, Ermənistan baş naziri nə qədər də Rusiya ilə bağlı xoşagələn fikirlər söyləsə də, əməldə bunun tam əksini edir:
"Bizim Mehri dəmiryolu dediyimiz xətt Zəngəzur dəhlizinə aiddir. Ermənistan hökumətinin bu dəmiryolunun fəaliyyətinə mane olmaq niyyəti hər şeyi göstərir. Paşinyan Vladivastokdakı çıxışında ölkəsi ilə bağlı bütün məsələlərin həlli ilə bağlı Rusiyanın dəstəyinə güvənərək hərəkət etdiyini bildirdi. Amma biz görürük ki, onun pafoslu çıxışı əməldə özünü doğrultmur".
Azərbaycanın Naxçıvana onsuz da alternativ yolları olduğunu deyən politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin ölkəmiz üçün iki əhəmiyyəti var:
"Birincisi, praktiki olaraq mövcud olan bu yolun SSRİ dövründə özünü doğrultmasıdır. Sovet dövründə Ermənistan və Rusiya arasında yüklərin 85 faizi bu dəmiryolu vasitəsilə daşınırdı. Digər tərəfdən, bu dəmiryolu məsafənin az olması baxımından əlverişlidir. Burada xatırlanmalı olan bir məqam da SSRİ dövründə bu dəmiryolunun mülkiyyətçisinin Azərbaycan tərəfi olmasıdır.
Politoloqun sözlərinə görə, Azərbaycan onsuz da digər vasitələrlə Naxçıvanla əlaqələrini təmin edə bilir.
"Mən burada həm də son vaxtlar Azərbaycan ətrafında cərəyan edən proseslərə diqqət çəkmək istəyirəm. Azərbaycanın iştirakı ilə Rəşt-Astara dəmiryolu da tikilir. Mehri dəmiryolu indiki reallıqda Azərbaycandan daha çox Rusiya üçün vacibdir. Sovet dövründə o yolun intensiv işləməyinin səbəblərindən biri də keçmiş SSRİ-nin İran və Türkiyə ilə olan sərhədlərinin yanı ilə getməsi idi. Paşinyan Qərbin əlində alət olub, Rusiyanın imkanlarının genişlənməsinə mane olmağa çalışır. Qərbin sifarişini yerinə yetirməklə Zəngəzur dəhlizi ilə bağlı proseslərə, o cümlədən də Rusiyaya mane olur", - deyə M.Əhmədoğlu qeyd edib.
Politoloq hesab edir ki, Cənubi Qafqazda baş verən proseslər tək Azərbaycan və Ermənistan məsələsi deyil:
"Düşünürəm ki, Səmərqənddə keçiriləcək Ərdoğan-Putin görüşündə də Zəngəzur dəhlizi mütləq müzakirə ediləcək. Mən Qazaxıstan prezidentinin səfərini xatırlatmaq istəyirəm. Bu səfər də regional kommunikasiyaların artan əhəmiyyəti ilə bağlı idi. Qazaxıstan prezidentindən bir qədər əvvəl Özbəkistan prezidenti burada oldu. Onun keçirdiyi görüşlərdə də orta dəhlizlə bağlı müzakirələr aparıldı. Ermənistan hər vəchlə çalışır ki, Zəngəzur dəhlizinə qarşı fobiya yaratsın. Ancaq bunun bir mənası yoxdur. Həm Rusiya, həm Türkiyə, həm də digər region ölkələri Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdırlar".