Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun nəticələri açıqlanıb

© AFP 2023 / ALAIN JOCARDMüəllim
Müəllim - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Namizədlərdən 870 nəfər müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.
BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 10-12-də keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinin nəticələri elan olunub.
Bu barədə İnsan Resursları Mərkəzindən verilən məlumatda bildirilib.
Vakansiya seçimlərində iştirak edən namizədlərdən 870 nəfər müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.
Uğur qazanan namizədlər 14 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.
Qeyd edək ki, sentyabrın 10-da Müəllimlərin İşə Qəbulu üzrə müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilib.
Xəbər lenti
0