https://sputnik.az/20220913/mehriban-eliyeva-sehid-olmus-herbcilerle-bagli-paylasim-edib-446000449.html
Mehriban Əliyeva şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib
Mehriban Əliyeva şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib
Sputnik Azərbaycan
Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərin ailələrinə güc və səbr diləyib. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T21:30+0400
2022-09-13T21:30+0400
2022-09-13T21:53+0400
siyasət
mehriban əliyeva
birinci xanım mehriban əliyeva
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426202573_0:320:3072:2048_1920x0_80_0_0_96052c53d309017422932122502f1e4a.jpg
BAKI, 13 sentyabr - Sputnik. Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib.Paylaşımda deyilir:“Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbr versin”.Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib."Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!" - Prezident yazıb. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://sputnik.az/20220913/lham-eliyev-helak-olan-herbcilerle-bagli-paylasim-edib-sehidlerimizin-qani-yerde-qalmadi-445999497.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426202573_189:0:2920:2048_1920x0_80_0_0_80482f338d6e88d41822755d94ce41c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mehriban əliyeva, birinci xanım mehriban əliyeva, prezident ilham əliyev
mehriban əliyeva, birinci xanım mehriban əliyeva, prezident ilham əliyev
Mehriban Əliyeva şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib
21:30 13.09.2022 (Yenilənib: 21:53 13.09.2022) Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərin ailələrinə güc və səbr diləyib.
BAKI, 13 sentyabr - Sputnik. Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbr versin”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!" - Prezident yazıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.