https://sputnik.az/20220913/lham-eliyev-avropa-yenidenqurma-ve-nkisaf-bankinin-prezidentini-qebul-edib-445994679.html
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul edib
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının... 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T18:38+0400
2022-09-13T18:38+0400
2022-09-13T18:38+0400
prezident ilham əliyev
siyasət
avropa yenidənqurma və inkişaf bankı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0d/445994528_0:89:3483:2048_1920x0_80_0_0_3ecd7ea710c156eddfe49cf60c25a2a1.jpg
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycan ilə AYİB arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Xüsusilə qeyri-neft sektorunda iqtisadi fəallığın dəstəklənməsi, iş yerlərinin yaradılmasına dair layihələrin reallaşdırılması, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun maliyyələşdirilməsinin artırılmasında, bərpaolunan və alternativ enerji sahəsində Azərbaycanda artıq həyata keçirilən layihələrdə AYİB-in iştirakı və dəstəyi qeyd edilib, gələcək layihələrin həyata keçirilməsində bu iştirakın genişləndirilməsinin önəmi vurğulanıb.Söhbət zamanı nəqliyyat-logistika sahəsində həyata keçirilən fəaliyyətlərə dəstək verilməsi, bu qəbildən ötən gün AYİB ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında imzalanan və 100 milyon dollar məbləğində kreditləşmənin nəzərdə tutulduğu layihənin perspektivləri müzakirə edildi. Həmçinin Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə fikir mübadiləsi aparılıb.Telekommunikasiya sahəsində əməkdaşlığa toxunuldu, "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində həyata keçiriləcək "Küçələrin işıqlandırılması" layihəsinə dair Qrant, Kredit və Layihə sazişlərinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Oxşar layihələrin ölkəmizin digər şəhərlərində də həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0d/445994528_752:0:3483:2048_1920x0_80_0_0_6bee3a815c36efe7d639deb33e35f58d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, avropa yenidənqurma və inkişaf bankı
prezident ilham əliyev, avropa yenidənqurma və inkişaf bankı
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul edib
Görüşdə Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə də fikir mübadiləsi aparılıb.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə AYİB arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Xüsusilə qeyri-neft sektorunda iqtisadi fəallığın dəstəklənməsi, iş yerlərinin yaradılmasına dair layihələrin reallaşdırılması, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun maliyyələşdirilməsinin artırılmasında, bərpaolunan və alternativ enerji sahəsində Azərbaycanda artıq həyata keçirilən layihələrdə AYİB-in iştirakı və dəstəyi qeyd edilib, gələcək layihələrin həyata keçirilməsində bu iştirakın genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı nəqliyyat-logistika sahəsində həyata keçirilən fəaliyyətlərə dəstək verilməsi, bu qəbildən ötən gün AYİB ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında imzalanan və 100 milyon dollar məbləğində kreditləşmənin nəzərdə tutulduğu layihənin perspektivləri müzakirə edildi. Həmçinin Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə fikir mübadiləsi aparılıb.
Telekommunikasiya sahəsində əməkdaşlığa toxunuldu, "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində həyata keçiriləcək "Küçələrin işıqlandırılması" layihəsinə dair Qrant, Kredit və Layihə sazişlərinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Oxşar layihələrin ölkəmizin digər şəhərlərində də həyata keçirilməsi perspektivləri müzakirə olunub.