Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

KTMT Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKTMT
KTMT  - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir
BAKI, 13 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bəyanatda deyilir:
"2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”, - bəyanatda deyilir.
Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.
Xəbər lenti
0