https://sputnik.az/20220913/ermenistan-mudafie-naziri-rusiyali-hemkari-ile-danisdi-445967853.html
Ermənistan müdafiə naziri rusiyalı həmkarı ilə danışdı
Ermənistan müdafiə naziri rusiyalı həmkarı ilə danışdı
Sputnik Azərbaycan
Ermənistan və Rusiyanın müdafiə nazirləri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılması barədə razılığa gəliblər. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T11:24+0400
2022-09-13T11:24+0400
2022-09-13T14:25+0400
ermənistan
rusiyanın müdafiə naziri sergey şoyqu
telefon danışığı
azərbaycan-ermənistan sərhədində vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0d/445967391_0:0:1200:676_1920x0_80_0_0_0637e7838f9c1e5bb2d1912a4e01f9e7.jpg
BAKI, 13 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Papikyan sərhəddə yaranmış vəziyyət barədə Şoyquya məlumat verib.Ermənistan və Rusiyanın müdafiə nazirləri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılması barədə razılığa gəliblər.Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
https://sputnik.az/20220913/bas-vermis-texribat-ve-itkilere-gore--mesuliyyet-ermenistanin-uzerine-dusur---xn-445962516.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0d/445967391_133:0:1200:800_1920x0_80_0_0_26fbfdbfa75d3d1fec0727bcc9a895a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, rusiyanın müdafiə naziri sergey şoyqu, telefon danışığı
ermənistan, rusiyanın müdafiə naziri sergey şoyqu, telefon danışığı
Ermənistan müdafiə naziri rusiyalı həmkarı ilə danışdı
11:24 13.09.2022 (Yenilənib: 14:25 13.09.2022) Ermənistan və Rusiyanın müdafiə nazirləri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılması barədə razılığa gəliblər.
BAKI, 13 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Papikyan sərhəddə yaranmış vəziyyət barədə Şoyquya məlumat verib.
Ermənistan və Rusiyanın müdafiə nazirləri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılması barədə razılığa gəliblər.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.