CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək

© AP Photo / Mary AltafferBMT-nin binası
BMT-nin binası - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Sabah Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclası keçiriləcək.
BAKI, 13 sentyabr - Sputnik. Sentyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclası keçiriləcək.
Bu barədə TASS-a BMT TŞ-dəki mənbə bildirib.
“Bəli, müzakirə sabaha təyin edilib”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 13.09.2022
HƏRBİ
Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub - MN
Xəbər lenti
0