https://sputnik.az/20220913/ermenistan-ateskes-rejimine-emel-etmir-445971116.html
Ermənistan atəşkəs rejiminə əməl etmir
Ermənistan atəşkəs rejiminə əməl etmir
Sputnik Azərbaycan
Atəşkəsdən sonra da Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T12:31+0400
2022-09-13T12:31+0400
2022-09-13T14:24+0400
ermənistan
atəşkəs
atəşkəsin pozulması
azərbaycan-ermənistan sərhədində vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1a/425294440_0:0:3001:1688_1920x0_80_0_0_0571b14d75e29c8361b37623d6918aa8.jpg
BAKI, 13 sentyabr — Sputnik. Ermənistanla Azərbaycan arasında dövlət sərhədində atəşkəs elan olunması barədə razılıq əldə olunmasına baxmayaraq, qarşı tərəf buna əməl etmir.APA xəbər verir ki, tərəflər bu gün saat 9.00-dan atəşkəs barədə razılıq əldə edib və saat 9.15-dən atəşkəsin tətbiqinə başlanıb.Əvvəlki intensivliklə olmasa da, Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qarşı hələlik təmkin nümayiş etdirir.Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1a/425294440_87:0:2754:2000_1920x0_80_0_0_2ccb729844fd7508fe7bbe7bb36b1e55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, atəşkəs, atəşkəsin pozulması
ermənistan, atəşkəs, atəşkəsin pozulması
Ermənistan atəşkəs rejiminə əməl etmir
12:31 13.09.2022 (Yenilənib: 14:24 13.09.2022) Atəşkəsdən sonra da Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir
BAKI, 13 sentyabr — Sputnik. Ermənistanla Azərbaycan arasında dövlət sərhədində atəşkəs elan olunması barədə razılıq əldə olunmasına baxmayaraq, qarşı tərəf buna əməl etmir.
APA xəbər verir ki, tərəflər bu gün saat 9.00-dan atəşkəs barədə razılıq əldə edib və saat 9.15-dən atəşkəsin tətbiqinə başlanıb.
Əvvəlki intensivliklə olmasa da, Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması halları baş verir. Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qarşı hələlik təmkin nümayiş etdirir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.