SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramovla Cozef Borel arasında telefon danışığı olub

© Photo : MFA AzerbaijanCeyhun Bayramovla Cozef Borel, arxiv şəkli
Ceyhun Bayramovla Cozef Borel, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu diqqətə çatdırıb.
BAKI, 13 sentyabr - Sputnik. 13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə telefon danışığı olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginlik müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu, bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.

Telefon söhbəti zamanı ali nümayəndə Cozef Borel yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. Borel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 13.09.2022
SİYASƏT
ABŞ-ın dövlət katibi İlham Əliyevə zəng edib
Xəbər lenti
0