https://sputnik.az/20220913/azerbaycan-xn-bascisinin-ermenistanla-bagli-mektubu-bmt-senedi-kimi-yayildi--445992179.html
Azərbaycan XİN başçısının Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayıldı
Azərbaycan XİN başçısının Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayıldı
Sputnik Azərbaycan
Sənəddə bildirilir ki, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yeni döyüş mövqeləri formalaşdırmağa... 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T17:45+0400
2022-09-13T17:45+0400
2022-09-13T17:45+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444615380_0:160:3072:1888_1920x0_80_0_0_ab49fadf3bdd44091b4afd6e54f15551.jpg
BAKI, 13 sentyabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan ərazilərində minaların basdırılması da daxil olmaqla, Ermənistanın davam edən qanunsuz hərbi fəaliyyətləri barəsində məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi paylaşılıb.Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabındakı paylaşımında qeyd olunub.Məktubda Ermənistan tərəfindən Azərbaycanın azad edilmiş ərazilərinin minalar və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsinə diqqət çəkilib, bunun ciddi təhlükə törətdiyi qeyd olunub.Vurğulanıb ki, Azərbaycanın mühəndis istehkam bölmələri tərəfindən təkcə Laçın rayonunda avqustun 15-dən 22-dək 1 318 ədəd piyada əleyhinə mina aşkarlanıb və bu təhdidin nə qədər genişmiqyaslı olduğunu göstərir.Məktubda həmçinin qeyd olunub ki, Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəasının ziddinə olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmayıb və hərbi fəaliyyətlərini dayandırmayıb.Əksinə Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yeni döyüş mövqeləri formalaşdırmağa davam edir, möhkəmləndirmə işləri aparır və yeni minalar basdırır.Məktubda Azərbaycanın apardığı bərpa və yenidənqurma işlərinə də diqqət çəkilib. Vurğulanıb ki, Ermənistanın Azərbaycan ərazilərinə yeni minalar basdırması regionda sülhün bərqərar olunmasına və Azərbaycanın yenidənqurma səylərinə ciddi təhdid törədir. Bu baxımdan Ermənistanın müharibə cinayəti xarakteri daşıyan əməlləri dayandırılmalı və Ermənistan cəzalandırılmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444615380_171:0:2902:2048_1920x0_80_0_0_cce051df7a2a787fe6f2c15fa5f737be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Azərbaycan XİN başçısının Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayıldı
Sənəddə bildirilir ki, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yeni döyüş mövqeləri formalaşdırmağa davam edir, möhkəmləndirmə işləri aparır və yeni minalar basdırır.
BAKI, 13 sentyabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan ərazilərində minaların basdırılması da daxil olmaqla, Ermənistanın davam edən qanunsuz hərbi fəaliyyətləri barəsində məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi paylaşılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin “
Twitter“ hesabındakı paylaşımında qeyd olunub.
Məktubda Ermənistan tərəfindən Azərbaycanın azad edilmiş ərazilərinin minalar və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsinə diqqət çəkilib, bunun ciddi təhlükə törətdiyi qeyd olunub.
Vurğulanıb ki, Azərbaycanın mühəndis istehkam bölmələri tərəfindən təkcə Laçın rayonunda avqustun 15-dən 22-dək 1 318 ədəd piyada əleyhinə mina aşkarlanıb və bu təhdidin nə qədər genişmiqyaslı olduğunu göstərir.
Məktubda həmçinin qeyd olunub ki, Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın müvafiq müddəasının ziddinə olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmayıb və hərbi fəaliyyətlərini dayandırmayıb.
Əksinə Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yeni döyüş mövqeləri formalaşdırmağa davam edir, möhkəmləndirmə işləri aparır və yeni minalar basdırır.
Məktubda Azərbaycanın apardığı bərpa və yenidənqurma işlərinə də diqqət çəkilib. Vurğulanıb ki, Ermənistanın Azərbaycan ərazilərinə yeni minalar basdırması regionda sülhün bərqərar olunmasına və Azərbaycanın yenidənqurma səylərinə ciddi təhdid törədir. Bu baxımdan Ermənistanın müharibə cinayəti xarakteri daşıyan əməlləri dayandırılmalı və Ermənistan cəzalandırılmalıdır.