https://sputnik.az/20220913/azerbaycan-ve-rusiya-xn-bascilari-serheddeki-gerginliyi-muzakire-edibler-445999170.html
Azərbaycan və Rusiya XİN başçıları sərhəddəki gərginliyi müzakirə ediblər
Azərbaycan və Rusiya XİN başçıları sərhəddəki gərginliyi müzakirə ediblər
Sputnik Azərbaycan
Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış... 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T20:07+0400
2022-09-13T20:07+0400
2022-09-13T20:47+0400
siyasət
rusiya
rusiya xin rəhbəri sergey lavrov
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425261572_0:162:3067:1887_1920x0_80_0_0_f928f0cc096d645b0b4c09efd6eda699.jpg
BAKI, 13 sentyabr - Sputnik. 13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.XİN-in yaydığı xəbərə görə, telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib.Nazir Ceyhun Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425261572_167:0:2898:2048_1920x0_80_0_0_b8be21fb4e21ab39c860e4b1fc2929f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ermənistan
rusiya, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ermənistan
Azərbaycan və Rusiya XİN başçıları sərhəddəki gərginliyi müzakirə ediblər
20:07 13.09.2022 (Yenilənib: 20:47 13.09.2022) Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.
BAKI, 13 sentyabr - Sputnik. 13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-in yaydığı xəbərə görə, telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib.
Nazir Ceyhun Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.
Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.