Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan-Ermənistan sərhədində gərginlik

Abunə olmaq
Cənubi Qafqazda yenidən gərginlik var. Sentyabrın 13-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında dövlət sərhədində hərbi toqquşmalar baş verib. Sərhədin hansı hissələrində döyüşlərin getdiyi barədə Sputnik Azərbaycan-ın infoqrafikasını izləyin.
Sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.
Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.
İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.
Xəbər lenti
0