https://sputnik.az/20220913/avropa-surasinin-bas-katibi-azerbaycan-ve-ermenistani-dialoqa-cagirib-445994008.html
Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb
Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb
Sputnik Azərbaycan
Mariya Peyçinoviç Buriçin sözlərinə görə, hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam... 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T22:45+0400
2022-09-13T22:45+0400
2022-09-13T22:45+0400
avropa
siyasət
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
avropa şurası
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425539957_0:320:3072:2048_1920x0_80_0_0_a92d8a8c8e04272ebc7c77420f89ef13.jpg
BAKI, 13 sentyabr — Sputnik. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat verib.O, iki ölkə sərhədi boyunca döyüşlərin şiddətlənməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.Mariya Peyçinoviç Buriç qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqları danışıqlar və sülh yolu ilə həll edilməlidir:"Hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam etdirilməlidir. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Bu öhdəliyə hörmət edilməlidir. Avropa Şurası sülh yolu ilə nizamlanmaya nail olmağa töhfə verən barışıq səylərinə kömək etməyə hazırdır".Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/17/425539957_193:0:2924:2048_1920x0_80_0_0_10570fed92f2873b4d2d2c15a3e06db2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, avropa şurası
avropa, ermənistan, azərbaycan və ermənistan arasında müharibə, avropa şurası
Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb
Mariya Peyçinoviç Buriçin sözlərinə görə, hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam etdirilməlidir.
BAKI, 13 sentyabr — Sputnik. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat verib.
O, iki ölkə sərhədi boyunca döyüşlərin şiddətlənməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.
Mariya Peyçinoviç Buriç qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqları danışıqlar və sülh yolu ilə həll edilməlidir:
"Hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam etdirilməlidir. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Bu öhdəliyə hörmət edilməlidir. Avropa Şurası sülh yolu ilə nizamlanmaya nail olmağa töhfə verən barışıq səylərinə kömək etməyə hazırdır".
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.