DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Avropanın Rusiyaya dair mövqeyinin dəyişməsindən ehtiyat edir - CNN

© AP Photo / Petr David JosekQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Avropa mediası yazır ki, qitənin sakinləri Qərbin Rusiyanın iqtisadi təcridi strategiyasına qarşı qalxa bilərlər.
BAKI, 13 sentyabr — Sputnik. ABŞ hakimiyyəti Avropanın enerji böhranının təsiri altında Rusiya ilə bağlı mövqeyinin dəyişəcəyindən ehtiyat edir. Bu barədə Rusiya mediası vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.
CNN-in yazdığına görə, hazırda Avropada real parçalanma riski var. Bunun nəticəsində avropalı vətəndaşlar "Qərbin Rusiyanın iqtisadi təcridi strategiyasına qarşı üsyan edə bilərlər".
Məmurlar bildirirlər ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Avropada ictimai iğtişaşların və siyasi qeyri-sabitliyin qarşısını almaq niyyətindədir.
Telekanalın həmsöhbətləri qeyd ediblər ki, çox şey hava şəraitindən asılı olacaq. Əgər qış isti keçsə, qaz ehtiyatı kifayət edə bilər.
Xatırladaq ki, Böyük Britaniya Almaniyada bütün Avrozonanın iqtisadiyyatını çökdürə biləcək enerji böhranının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.
Bu yaxınlarda Belçikanın baş naziri Almaniyada qaz çatışmazlığı üzündən Avropa İttifaqında "domino effekti" olacağını proqnozlaşdırıb.
Xəbər lenti
0