Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi başlayıb

© AR Ministry of Education Müəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Müsahibə mərhələsi 12-19 sentyabr tarixlərində onlayn formatda təşkil olunacaq.
BAKI, 12 sentyabr — Sputnik. Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsahibələr 12-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.
Xatırladaq ki, bir müddət öncə prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulub.
Xəbər lenti
0