https://sputnik.az/20220912/sahzade-uilyam-ve-keyt-middlton-ii-elizabetin-olumunden-sonra-milyarder-olublar-445940083.html
Şahzadə Uilyam və Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar
Şahzadə Uilyam və Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar
Sputnik Azərbaycan
Hazırda Britaniya Kralı III Çarlzın oğlu - Uels Şahzadəsi Uilyamın sərvəti 1,1 milyard funt sterlinq dəyərində qiymətləndirilir. 12.09.2022, Sputnik Azərbaycan
2022-09-12T20:18+0400
2022-09-12T20:18+0400
2022-09-12T20:18+0400
dünya xəbərləri
böyük britaniya
şahzadə
kral
https://cdnn1.img.sputnik.az/img/07e6/03/17/440401340_0:0:2604:1466_1920x0_80_0_0_130eb462e17b311140d3684c3184f306.jpg
BAKI, 12 sentyabr — Sputnik. Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar və yeni titullar əldə ediblər. Bu barədə Britaniyanın "Daily Star" qəzeti məlumat yayıb.Böyük Britaniya Kraliçasının ölümündən sonra Uilyam dərhal Kornuoll Hersoqu tituluna sahib olub və indi o, Kornuoll və Kembric Hersoqu, həyat yoldaşı Keyt isə Kornuoll və Kembric Hersoginyası olub. Britaniya Kralı III Çarlz oğlu Uilyamı Uels Şahzadəsi və həyat yoldaşını da Şahzadə elan edib.Nəşrin mənbəyə istinadən verdiyi məlumata görə, yeni titullar aldıqdan sonra Uilyamın sərvəti 1,1 milyard funt sterlinqə yüksəlib.Qeyd olunur ki, Kornuoll Hersoqu və Hersoginyası titulu külli miqdarda var-dövlətə, həmçinin torpaqlara, meşələrə və çaylara sahib olmaq deməkdir.Həmçinin bildirilir ki, hazırda Uels şahzadələri İngiltərə və Uelsin 20 qraflığında təxminən 128 min hektar əraziyə, o cümlədən Dartmur Milli Parkına sahibdirlər.Xatırladaq ki, ötən cümə axşamı, sentyabrın 8-də Bukinqem sarayı Böyük Britaniyanı 70 ildən çox idarə edən və 96 yaşında dünyasını dəyişən II Elizabetin ölümü barədə elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/17/440401340_298:0:2557:1694_1920x0_80_0_0_1874438098488a39ecf1caafed7c99e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
böyük britaniya, şahzadə, kral
böyük britaniya, şahzadə, kral
Şahzadə Uilyam və Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar
Hazırda Britaniya Kralı III Çarlzın oğlu - Uels Şahzadəsi Uilyamın sərvəti 1,1 milyard funt sterlinq dəyərində qiymətləndirilir.
BAKI, 12 sentyabr — Sputnik. Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton II Elizabetin ölümündən sonra milyarder olublar və yeni titullar əldə ediblər. Bu barədə Britaniyanın "Daily Star" qəzeti məlumat yayıb.
Böyük Britaniya Kraliçasının ölümündən sonra Uilyam dərhal Kornuoll Hersoqu tituluna sahib olub və indi o, Kornuoll və Kembric Hersoqu, həyat yoldaşı Keyt isə Kornuoll və Kembric Hersoginyası olub. Britaniya Kralı III Çarlz oğlu Uilyamı Uels Şahzadəsi və həyat yoldaşını da Şahzadə elan edib.
Nəşrin mənbəyə istinadən verdiyi məlumata görə, yeni titullar aldıqdan sonra Uilyamın sərvəti 1,1 milyard funt sterlinqə yüksəlib.
Qeyd olunur ki, Kornuoll Hersoqu və Hersoginyası titulu külli miqdarda var-dövlətə, həmçinin torpaqlara, meşələrə və çaylara sahib olmaq deməkdir.
Həmçinin bildirilir ki, hazırda Uels şahzadələri İngiltərə və Uelsin 20 qraflığında təxminən 128 min hektar əraziyə, o cümlədən Dartmur Milli Parkına sahibdirlər.
Xatırladaq ki, ötən cümə axşamı, sentyabrın 8-də Bukinqem sarayı Böyük Britaniyanı 70 ildən çox idarə edən və 96 yaşında dünyasını dəyişən II Elizabetin ölümü barədə elan edib.