Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarabağda həyata keçirilən layihələrdə AYİB-in potensial iştirak imkanları müzakirə olunub

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidAYİB, arxiv şəkli
AYİB, arxiv şəkli
 - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Avropa Yenidənqurma və İnkişaf Bankı "Küçələrin işıqlandırılması" layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsində iştiorak edəcək.
BAKI, 12 sentyabr - Sputnik. Qarabağda həyata keçirilən layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) potensial iştirak imkanları barədə fikir mübadiləsi aparılıb. Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
© Photo : Ministry of Economy (Azerbaijan)Qarabağda həyata keçirilən layihələrdə AYİB-in potensial iştirak imkanları müzakirə olunub
Qarabağda həyata keçirilən layihələrdə AYİB-in potensial iştirak imkanları müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Qarabağda həyata keçirilən layihələrdə AYİB-in potensial iştirak imkanları müzakirə olunub
“AYİB prezidenti xanım Odil Reno-Basso ilə işgüzar müzakirələrimizdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə bankın potensial iştirak imkanları barədə ətraflı fikir mübadiləsi apardıq. Perspektivlər əməkdaşlığın dərinləşdirilməsi üçün cəlbedicidir”, - deyə M.Cabbarov qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında iki sənəd imzalanıb.
"Bu gün imzalanan sənədlərə əsasən, AYİB-in Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində "Küçələrin işıqlandırılması" layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur", - deyə M.Cabbarov qeyd edib.
Xəbər lenti
0