CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəran polisi əməliyyat keçirdi: onlarla şəxs saxlanıldı

© AR Ministry of Internal AffairsPolis
Polis - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
BAKI, 12 sentyabr — Sputnik. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olan məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 23 nəfər saxlanılıb.
Xəbər lenti
0