Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Laçında top mərmisi tapılıb

© Azerbaijan National Agency for Mine ActionTovuzda 11 ədəd top mərmisi tapılıb
Tovuzda 11 ədəd top mərmisi tapılıb  - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində partlamamış top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
BAKI, 12 sentyabr — Sputnik. Laçında top mərmisi aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində partlamamış top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2353, tank əleyhinə 689 mina (cəmi 3042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildiyini açıqlayıb.
Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi  - Sputnik Azərbaycan, 1920, 12.09.2022
HƏRBİ
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Xəbər lenti
0