https://sputnik.az/20220912/doqquz-illik-tehsil-bazasindan-kolleclere-kecirilmis-musabiqenin-neticeleri-aciqlanib-445937933.html
Doqquz illik təhsil bazasından kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Doqquz illik təhsil bazasından kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Sputnik Azərbaycan
Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi dəyərləndiriləcək. 12.09.2022, Sputnik Azərbaycan
2022-09-12T14:25+0400
2022-09-12T14:25+0400
2022-09-12T14:25+0400
kollec
təhsil
imtahan
dövlət imtahan mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_0:0:3087:1737_1920x0_80_0_0_d7c3e45618adc7da636ec00d40c448e0.jpg
BAKI, 12 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.DİM-in məlumatına görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Bundan başqa, qeyd edək ki, qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 13-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 3747 abituriyent ərizə təqdim edib. Onlardan 1443 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_313:0:3044:2048_1920x0_80_0_0_3b92e293ed6755c22ef0b93993ded296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kollec, imtahan, dövlət imtahan mərkəzi
kollec, imtahan, dövlət imtahan mərkəzi
Doqquz illik təhsil bazasından kolleclərə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi dəyərləndiriləcək.
BAKI, 12 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
DİM-in məlumatına görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Bundan başqa, qeyd edək ki, qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 13-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 3747 abituriyent ərizə təqdim edib. Onlardan 1443 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.