NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bazar ertəsi Avropada qazın birja qiymətləri 7% azalıb

© SPENCER PLATT / Getty Images via AFPBirja, arxiv şəkli
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Statistik məlumatlara görə, “Şimal axını”nın dayanması Avropanı gündə 33 milyon kubmetrə qədər qazdan məhrum edir.
BAKI, 12 sentyabr - Sputnik. Ən yaxın oktyabr fyuçerslərdə (Avropanın ən böyük mərkəzi TTF indeksinə görə) sövdələşmələr qazın hər min kubmetri üçün 2086,6 dollar (-3%) səviyyəsində olub ki, bu da maksimum qiymət olub.
Bazar ertəsi qiymətlər avqustun 9-dan bəri ilk dəfə minimuma - hər min kubmetr üçün 1971,1 dollara (-8,4%), yəni 2000 dollardan aşağı olub.
Ticarət sessiyasının sonuna qiymət 2 000,9 dollara (-7%) çatıb. Kotirovkaların dinamikası əvvəlki günün hesablaşma qiymətinə - min kubmetr üçün 2152 dollara əsaslanır.
Rusiyadan tədarüklə bağlı qeyri-müəyyənlik üzündən etalon qiymətləri təzyiq altında qalmaqda davam edir. Avqustun sonundakı son kəskin artım “Qazprom”un “Şimal axını” qaz kəmərinin planlı təmirə görə üç gün müddətinə dayandırıldığını elan etməsi ilə bağlı olub.
Kotirovkalar min kubmetr üçün 3500 dollardan yuxarı qalxıb və hesablaşma qiymətinin tarixi rekordları bir neçə dəfə yenilənib.
Xatırladaq ki, sentyabrın əvvəlində Qazprom yeganə işləyən Trent 60 qurğusunda neft sızması aşkar edildiyi üçün xəttin tamamilə bağlandığını elan edib.
© AFP 2024 / ODD ANDERSENŞimal axını 2, arxiv şəkli
Указатель с надписью Северный поток - 2, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Şimal axını 2, arxiv şəkli
“Şimal axını”nın dayanması Avropanı gündə 33 milyon kubmetrə qədər və ya ayda təxminən 1 milyard kubmetr qazdan məhrum edir. Bu itkilər Rusiyadan “Şimal axını” və digər marşrutlar üzrə tədarükün ayda ən azı 8-9 milyard kubmetr azalmasının üzərinə əlavə olunur.
Martın əvvəlində Avropada qazın qiyməti, Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması qorxusu ilə əlaqədar olaraq, dörd gün dalbadal tarixi maksimumlarını yeniləyib. Hər min kubmetr üçün 3892 dollar qiymət rekordu martın 7-də əldə olunub.
Avropada qazın orta aylıq hesablaşma qiyməti dördüncü aydır ki, artmaqdadır. Mayda göstərici 1030 dollar, iyunda təxminən 1180 dollar (aylıq ifadədə +14,6%), iyulda isə təxminən 1805 dollar (+53%) təşkil edib. Artıq avqust ayında bu rəqəm 2450 dolları (+35,7%) bir qədər keçib. Avqustun 26-da isə təxmini qiymət hətta rekord həddə - min kubmetr üçün 3507 dollara çatıb.
Xəbər lenti
0