https://sputnik.az/20220912/bas-nazir-olkenin-erzaq-tehlukesizliyi-ile-bagli-musavire-kecirib-445941615.html
Baş nazir ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müşavirə keçirib
Baş nazir ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müşavirə keçirib
Sputnik Azərbaycan
Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq... 12.09.2022, Sputnik Azərbaycan
2022-09-12T15:38+0400
2022-09-12T15:38+0400
2022-09-12T15:38+0400
iqtisadiyyat
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442111014_0:0:3407:1916_1920x0_80_0_0_5ff946f3c0f7b39bcb58bb9349efdf15.jpg
BAKI, 12 sentyabr — Sputnik. Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.Nazirlər Kabinetindən verilən xəbərə görə, müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442111014_191:0:2922:2048_1920x0_80_0_0_9a07dfc9b7c688713e80635953bb61a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
əli əsədov
Baş nazir ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müşavirə keçirib
Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
BAKI, 12 sentyabr — Sputnik. Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.
Nazirlər Kabinetindən verilən xəbərə görə, müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.
Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.
Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.