https://sputnik.az/20220912/azerbaycan-8-ayda-ne-qeder-neft-ve-qaz-ixrac-edib-445932538.html
Azərbaycan 8 ayda nə qədər neft və qaz ixrac edib?
Azərbaycan 8 ayda nə qədər neft və qaz ixrac edib?
Sputnik Azərbaycan
Ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub. 12.09.2022, Sputnik Azərbaycan
2022-09-12T11:30+0400
2022-09-12T11:30+0400
2022-09-12T11:30+0400
neft-qaz
energetika naziri pərviz şahbazov
azəri-çıraq-günəşli
"çıraq" yatağı
btc
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445502296_0:160:3072:1888_1920x0_80_0_0_ad0375628cdad94d252c127ca211a085.jpg
BAKI, 12 sentyabr — Sputnik. Bu ilin 8 ayı üzrə operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 21,8 milyon ton neftin 17,6 milyon tonu ixrac edilib.Bunu energetika naziri Pərviz Şahbazov bildirib.Bundan başqa, onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub.Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.BTC vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. "BTC Co"-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); "Equinor" (8,71 %); TPAO (6,53 %); "Eni" (5 %); "Total" (5 %), "Itochu" (3,4 %); INPEX (2,5 %), "Exxon Mobil" (2,5 %) və "ONGC (BTC) Limited" (2,36 %).Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445502296_171:0:2902:2048_1920x0_80_0_0_bc4a8dcf2d1208ef85b23d74ada0d5c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
energetika naziri pərviz şahbazov, azəri-çıraq-günəşli, "çıraq" yatağı, btc
energetika naziri pərviz şahbazov, azəri-çıraq-günəşli, "çıraq" yatağı, btc
Azərbaycan 8 ayda nə qədər neft və qaz ixrac edib?
Ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub.
BAKI, 12 sentyabr — Sputnik. Bu ilin 8 ayı üzrə operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 21,8 milyon ton neftin 17,6 milyon tonu ixrac edilib.
Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub.
Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.
BTC vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. "BTC Co"-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); "Equinor" (8,71 %); TPAO (6,53 %); "Eni" (5 %); "Total" (5 %), "Itochu" (3,4 %); INPEX (2,5 %), "Exxon Mobil" (2,5 %) və "ONGC (BTC) Limited" (2,36 %).
Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. (Report)