https://sputnik.az/20220912/avropa-yenidenqurma-ve-nkisaf-bankinin-prezidenti-azerbaycana-niye-gelib-445933224.html
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana niyə gəlib
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana niyə gəlib
Sputnik Azərbaycan
Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi. 12.09.2022, Sputnik Azərbaycan
2022-09-12T11:49+0400
2022-09-12T11:49+0400
2022-09-12T11:53+0400
avropa
siyasət
avropa yenidənqurma və inkişaf bankı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/08/445816694_0:205:2914:1844_1920x0_80_0_0_7e60223817872b8f79ef9b5d598f3173.jpg
BAKI, 12 sentyabr — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri başlayıb.Səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçiriləcəyi, həmçinin Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsinə dair sazişin imzalanması gözlənilir.Səfər sentyabrın 13-dək davam edəcək.Bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk şəxsi səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi.EBRD prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.Sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasında (BFB) görüş keçirilib.Görüşdə kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/08/445816694_92:0:2823:2048_1920x0_80_0_0_dc952e18aa1609939bd82fe2257b0328.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa, avropa yenidənqurma və inkişaf bankı
avropa, avropa yenidənqurma və inkişaf bankı
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana niyə gəlib
11:49 12.09.2022 (Yenilənib: 11:53 12.09.2022) Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi.
BAKI, 12 sentyabr — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçiriləcəyi, həmçinin Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsinə dair sazişin imzalanması gözlənilir.
Səfər sentyabrın 13-dək davam edəcək.
Bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk şəxsi səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi.
EBRD prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.
Sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasında (BFB) görüş keçirilib.
Görüşdə kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.