Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Bakıda hava küləkli olacaq

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidKülək istiqamətini göstərən qurğu
Külək istiqamətini göstərən qurğu - Sputnik Azərbaycan, 1920, 11.09.2022
Abunə olmaq
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
BAKI, 11 sentyabr - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Xəbər lenti
0